ABŞ-də hərbi nümayişdə faciə - Vitse-prezident və müdafiə naziri ölümdən döndü

ABŞ Dəniz Piyada Qüvvələrinin 250 illiyi münasibətilə təşkil edilən tədbirdə canlı atəş nümayişi zamanı 155 millimetrlik top mərmisi hədəfə çatmadan havada partlayıb.
Hadisə zamanı ABŞ vitse-prezidenti J.D Vens və müdafiə naziri Pit Heqset də tədbirdə olub və partlayışın dalğası və şarapnel parçaları Vensin mühafizə konvoyuna dəyib. Rəsmilərin verdiyi məlumata görə, xoşbəxtlikdən heç kim xəsarət almayıb, lakin hadisə ölkədə geniş rezonans doğurub.
Kaliforniya qubernatoru Qevin Nyusom daha əvvəl atış planına qarşı çıxmış və təhlükə səbəbindən magistralın 17 millik hissəsini bağlatdırmışdı. Mərminin vaxtından əvvəl partlaması qubernatorun “bu plan mülki əhali üçün təhlükəlidir” xəbərdarlığını təsdiqləmiş oldu.
Polis hesabatına əsasən, şarapnel parçaları Kaliforniya magistral patruluna məxsus avtomobil və motosikletlərə dəyib.
Məlumata görə, nümayişdə təxminən 60 mərminin atılması planlaşdırılmışdı. Hadisədən dərhal sonra təlim dayandırılıb, yol müvəqqəti bağlanıb və partlamamış sursatların axtarışına başlanılıb.
Press-fakt