“1 milyon avro yox, çoxlu qızıl-zinət əşyaları oğurlanıb..”- AMEA prezidenti danışdı
“Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb. Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır”.
Press-fakt bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli “manset.az”a açıqlamasında bildirib.
Xatırladaq ki, yerli mediada AMEA prezidentinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi barədə məlumat yayılıb.
“Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın", - deyə İ.Həbibbəyli əlavə edib.