“Zelenskiyə görə ölkəmi təhlükəyə ata bilmərəm”- Tramp
ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardım məsələsinə münasibət bildirib.
O, Amerikanın təhlükəsizliyi və milli maraqlarını prioritet saydığını vurğulayıb. Tramp bəyan edib ki, onun rəhbərliyi dövründə ABŞ heç vaxt başqa ölkələrin maraqları naminə öz təhlükəsizliyini riskə atmayacaq.
“Mən Amerikanın maraqları bahasına Zelenskiyə silah verməklə ölkəmi təhlükəyə ata bilmərəm. Biz artıq illərdir başqalarının müharibələrinə sərvətimizi və resurslarımızı xərcləmişik. İndi Amerika öz problemlərinə fokuslanmalıdır”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Ukrayna məsələsi üzrə qərarlar yalnız Vaşinqtonun maraqları nəzərə alınmaqla veriləcək.
Press-fakt
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: