Azərbaycanda maaşları artıran və azaldan klublar -
MƏBLƏĞLƏR
2023-cü ildə Azərbaycanda maaşların artım-azalma dinamikasına görə klubların göstəriciləri məlum olub. Globall.az sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada çıxış edən 10 klubdan 7-də maaşların artımı, 2-də azalması baş verib, 1 klub - "Zirə" isə bu göstəricini açıqlamır. Maaşların artım sürətinə görə, ölkədə birinci yeri "Kəpəz" və "Turan Tovuz" tutur. Bu klublarda maaşlar 3 dəfə artaraq 1 milyon manatı keçib. "Səbail" klubunda maaşlar 56%, "Sabah"da isə 39% artıb.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: