Xoşqədəmdən tanınmış aşığa atmaca: “O şampunun adını mənə də de”
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı canlı yayımda aşıq Fəzail Miskinlini pərt edib.
Globall.az yenicag.az-a istinadən xəbər verir ki, aparıcı "47 yaşın var, niyə saçın ağarmayıb", - deyə onun saçına boya vurmasına eyham vurub.
Aşıq isə saçının şampunla qaraldığını bildirib:
"Qara kostyum geyinə bilmirdim, üstümə kəpək tökülürdü. Almaniyadan, İrandan şampun gətizdirdim, xeyri olmadı.
Axırda həkimə müraciət etdim. O dedi ki, yəqin səndə hansısa vitamin çatışmır, bir şampun məsləhət etdi, sonra saçım belə oldu. Yadınızdadırsa saçımın qabağında ağ var idi".
Aşığın bu cavabına Xoşqədəm eyhamlı replika verib: "Rəng qoydurmaqdan yorulmuşam, o şampunun adını mənə də de".
Oxunub: 125
Xəbəri paylaş
Paylaş: