“Neftçi” rəhbərliyindən İSTEFA XƏBƏRİ gəldi
"Neftçi" rəhbərliyində növbəti ayrılıq rəsmiləşdi. Globall.az sportinfo-ya istinadən xəbər verir ki, kommersiya üzrə direktor Rüstəm Allahverdiyev vəzifəsini tərk edib. 2018-ci ildən paytaxt klubunda çalışan təcrübəli funksioner öz istəyi ilə iş yerindən gedib. Onun bundan sonra başqa sahədə fəaliyyət göstərəcəyi bildirilir. Allahverdiyev uzun illər futbol sektorunda çalışıb. 2011-2015-ci illər aralığında "Simurq"un mətbuat katibi olub. Üç il sonra "Neftçi"yə gəlib və bu ilin sentyabrınadək Media-Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi işləyib. Tanınmış və bacarıqlı kadr klubda aparılan struktur islahatları ilə əlaqədar 3 ay öncə vəzifəsini dəyişib.
Oxunub: 61
Xəbəri paylaş
Paylaş: