Türkiyədə hakimi döyən keçmiş prezidentlə bağlı
QƏRAR
Türkiyə Superliqasının 15-ci turunda "Rizəsppor"la oyundan (1:1) sonra hakim Xəlil Meleri yumruqla vuran "Ankaragücü"nün sabiq prezidenti Faruk Qoca həbsdən buraxılıb. Globall.az publika.az-a istinadən xəbər verir ki, F.Qocanın vəkilləri istintaqın davam etdiyi müddət ərzində onun həbsdə qalmasına etiraz ediblər. Hakimin döyülməsinə görə F.Qoca ilə birlikdə həbs edilən Yunus Şahin və Kenan Çetinkayanın həbsi isə davam edir.
Etirazı dəyərləndirən Ankara Ağır Cəza Məhkəməsi F.Qocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: