Azərbaycanda avtomobillə moped toqquşdu
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Globall.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Sumqayıt şəhər sakinləri, 1966-cı il təvəllüdlü Camalov Knyaz Nuhu oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1997-ci il təvəllüdlü Bağırov Allahverdi İlham oğlunun idarə etdiyi moped toqquşub. Qəza nəticəsində mopedin sürücü ağır xəsarətlər alıb. Sürücü dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş: