Gəncədə xəstəxanada ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA -
YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə doqquz yaşlı qız xəstəxanada ölməsi ilə bağlı açıqlama verib. Globall.az xəbər verir ki, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il təvəllüdlü (qadın cinsli) şəxs fevralın 20-i, saat 02:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib: "Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 04:00-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur". ---------- Globall.az oxu.az-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb. Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Faktla bağlı araşdırma aparılır.
09:10
Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb.