Messi ardıcıl 20-ci il qol vurub
Lionel Messi 2024-cü ildə ilk qolunu vurub.
Globall.az İdman.Biz-ə istinadən bildirir ki, "İnter Mayami"nin argentinalı ulduzu MLS-in "Los-Anceles Qalaksi" ilə oyununda fərqlənib.
Bununla da Messi ardıcıl 20-ci təqvim ilində rəsmi matçda qol vurub. Onun bu seriyası 2005-ci ildə başlayıb. O, mayın 1-də La Liqanın "Albasete" ilə görüşündə "Barselona"dakı qol hesabını açıb.
Qeyd edək ki, Mayami təmsilçisi səfər matçında bir xal qazanıb - 1:1.
Oxunub: 111
Xəbəri paylaş
Paylaş: