“Real Madrid” minimal hesabla “Sevilya”nı məğlub etdi
"Real Madrid" İspaniya Primerasının 26-cı turunun ev oyununda "Sevilya" ilə qarşılaşıb. Globall.az oxu.az-a istinadən bildirir ki, meydan sahibləri oyun boyu nəzərəçarpacaq üstünlüyə malik olsalar da, cəmi bir dəfə fərqlənə biliblər. 81-ci dəqiqədə dəqiq zərbəni xorvatiyalı veteran Luka Modriç vurub - 1:0. Bu qələbə Karlo Ançelottinin komandasına "Barselona"nı 8 xal qabaqlamağa imkan verib.
Oxunub: 65
Xəbəri paylaş
Paylaş: