Azərbaycanlı futbolçuya Kirov rəhbərlik edəcək
Azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni baş məşqçisinin adı dəqiqləşib.
Globall.az İdman.biz-0ə istinadən xəbər verir ki, “Arda” klubuna Nikolay Kirov rəhbərlik edəcək.
Kirov karyerası ərzində ikinci dəfə Kardcali təmsilçisinin baş məşqçisi olacaq. O, 2020/2021 mövsümündə də “Arda”ya rəhbərlik edib və komandanı Bolqarıstan kubokunun finalına daşıyıb. Cəlalın komandası həlledici oyunda SSKA-ya (Sofiya) uduzub.
48 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. Dünən “Arda” uğursuz nəticələrdən sonra baş məşqçi Aleksandr Tunçevlə yollarını ayırıb.
Qeyd edək ki, çempionatda son 4 turda uduzan Hüseynovun komandası 8-ci pillədə qərarlaşıb.
Oxunub: 99
Xəbəri paylaş
Paylaş: