“Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı
FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FIFA series - Edition 2024" layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub. Globall.az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb. Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxunub: 41
Xəbəri paylaş
Paylaş: