“Qarabağ”ın top komandaların reytinqindəki mövqeyi açıqlandı
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb. Globall.az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb. Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 65-cidir. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının "Bayer"lə səfər oyunundakı heç-heçədən (2:3) sonra 2 pillə geriləyib. Təmsilçimizin xal hesabı dəyişməyib. "Neftçi" 27 xalla 240-cıdır. "Sabah" 20 xalla 260-cı pillədədir. Paytaxt klubları müvafiq olaraq 2 və 5 pillə irəliləyiblər. "Qəbələ" 5 xalla 367-cı yerdə qalıb. Qeyd edək ki, siyahıya 2444 xala malik "Real" başçılıq edir.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş: