Azərbaycan təmsilçisi "Avroviziya"da finala çıxa biləcək? -
PROQNOZ - FOTO
Nüfuzlu "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin yarımfinal mərcləri açılıb. Globall.az bizim.media-ya istinadən xəbər verir ki, mərclərin indiyə olan nəticələrinə əsasən, Azərbaycanın finala keçmə şansı 50 faizin altındadır və 10-luqda deyil. Qeyd edək ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.
Xatırladaq ki, bu il yarışmada ölkəmizi "Fahree" (Fəxri İsmayılov) və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək.
Oxunub: 43
Xəbəri paylaş
Paylaş: