Bakıda “BMW” qaçırıldı
Bakıda nəqliyyat vasitəsi qaçırılıb. Globall.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 16-da Nərimanov rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Seyran Allahverdiyev saxlanılıb.\trend/ Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 52
Xəbəri paylaş
Paylaş: