Bakıda avtomobildən 30 min manat oğurlandı
Bakıda avtomobildən 30 min manat oğurlanıb. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bu barədə Globall.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: