Goranboyda minik avtomobili yanıb
Goranboy rayonunun Boluslu kəndində “VAZ” markalı minik avtomobilinin idarəetmə lövhəsi, mühərriki və salonu qismən yanıb. Globall.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 41
Xəbəri paylaş
Paylaş: