“Əgər lazım olsa, bunu yenidən edərik” - Trampdan İrana xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə iyun ayında edilən hava hücumlarını yenidən gündəmə gətirib.
ABŞ lideri “Əgər lazım olsa, bunu yenidən edərik” deyə xəbərdarlıq edib.
Tramp bu fikirləri "Truth Social" platformasından etdiyi paylaşımda bildirib.
O, İran Xarici İşlər naziri Abbas Araqçının "Fox News"-a verdiyi müsahibəyə cavab verərək, Araqçının "Zərbələrin nəticəsində ciddi dağıntılar var, obyektlər məhv edilib" sözlərini xatırladıb və əlavə edib: “Əlbəttə ki, belədir – dediyim kimi. Və əgər zəruri olsa, bir daha edərik".
Press-fakt
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: