Rusiyadakı zəlzələ dünya xəritəsini dəyişdirib - Maraqlı detal açıqlandı
Rusiyada baş verən 8,8 bal gücündə zəlzələdən sonra Kamçatka yarımadasının materikdən 2 metr uzaqlaşdığı müəyyən edilib.
Bu barədə Rusiya Elmlər Akademiyasının açıqlamasında deyilir.
"Geodinamik müşahidələr nəticəsində ilkin hesablamalar apardıq. Görünür ki, hamımız kifayət qədər aşkar şəkildə cənub-şərqə doğru sürüşmüşük. 30 iyul tarixli zəlzələdən sonra müşahidə edilən ən böyük yer dəyişmələri yarımadanın cənub hissəsində baş verib", -deyə məlumatda qeyd olunub.
Alimlər bu prosesi “elastik geri atılma” adlandırıb. Bu, güclü seysmik fəallıq dövrlərində torpaq sahələrinin niyə qəfil bir neçə metr yer dəyişdirməsinin izahıdır.
Press-fakt
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: