“Qarabağ”-“Kopenhagen” oyunu: “Qarabağ” bilet qiymətlərini xeyli artırdı
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri bu gündən satışdadır.
Press-fakt xəbər verir ki, oktybarın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq oyunun bilet qiymətləri 5-500 manat arasında dəyişir.
Standart biletlərin qiyməti: 5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Qeyd edək ki, matç üçün satılan 5 manatlıq biletlərin sayında azalma müşahidə olunub. Əvvəl 5 manata olan bəzi sektorlar hazırda 10 manatdır. VVİP biletlərin qiyməti isə 300 manatdan 500 manata yüksəlib.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.