Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
MƏŞHUR MÜĞƏNNİDƏN NAZİRLİYƏ KORRUPSİYA İTTİHAMLARI - “Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir”
Press-fakt.az
    
  • Azərbaycan İslandiyaya məğlub oldu
    DÇ-2026:  Azərbaycan İslandiyaya məğlub oldu
  • 
  • Venesuelaya qarşı hərbi əməliyyat planları Trampa təqdim edildi
    Venesuelaya qarşı hərbi əməliyyat planları Trampa təqdim edildi
  • 
  • “Müəllimlərin 09:00 –18:00 iş rejimi təhsilə ən böyük zərbə ola bilər”-
    “Müəllimlərin 09:00 –18:00 iş rejimi təhsilə ən böyük zərbə ola bilər”- Ekspert
  • 
  • Qəzaya düşən hərbçilərin nəşi Türkiyəyə yola salındı
    Qəzaya düşən hərbçilərin nəşi Türkiyəyə yola salındı
  • 
  • Rusiyanın 40 milyon dollarlıq qırıcısı qəzaya uğradı -
    Rusiyanın 40 milyon dollarlıq qırıcısı qəzaya uğradı - ÖLƏN VAR
  • 
  • Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı -
    Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı - VİDEO
  • 
  • Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı
    Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı
  • 
  • Avropa İttifaqı ABŞ-la bağlı yeni plan hazırlayır -
    Avropa İttifaqı ABŞ-la bağlı yeni plan hazırlayır - Bloomberg
  • 
  • ABŞ İrana görə bu 8 ölkəni də cəzalandırdı -
    ABŞ İrana görə bu 8 ölkəni də cəzalandırdı - Türkiyə, BƏƏ, Çin, Hindistan, Ukrayna, Almaniya...
  • 
  • Azyaşlılara aid pornoqrafik videolar satanlar tutuldu - 
    Azyaşlılara aid pornoqrafik videolar satanlar tutuldu -  Kiberpolisdən əməliyyat /VİDEO
  • 
  • Bəzi rayonlarda leysan olacaq, şimşək çaxacaq - 
    Bəzi rayonlarda leysan olacaq, şimşək çaxacaq -  XƏBƏRDARLIQ
  • 
  • "Ermənistan sülhün nə olduğunu bilmir" - 
    "Ermənistan sülhün nə olduğunu bilmir" -  Nikol Paşinyan
  • 
  • Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır -
    Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır -  Tenderin qalibi: “7GÜL”
  • 
  • “BÜDCƏYƏ QƏSD, DÖVLƏTƏ, XALQA QƏSDDİR”-
    “BÜDCƏYƏ QƏSD, DÖVLƏTƏ, XALQA QƏSDDİR”- “Bir də görürsən bir nazir, icra başçısı saxlanıldı, ortalığa milyonlar qoyuldu...”
  • 
  • MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
    MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
  • 
  • Azərbaycanda bağlanmış 13 bankın əmlakları hərraca çıxarılır
    Azərbaycanda bağlanmış 13 bankın əmlakları hərraca çıxarılır
  • 
  • MEDİA onlayn və çap mediasına dəstək üçün
    MEDİA onlayn və çap mediasına dəstək üçün müsabiqə elan edib
  • 
  • Oğlu Fəzail Ağamalını məhkəmə ilə hədələdi -
    Oğlu Fəzail Ağamalını məhkəmə ilə hədələdi - "Ədliyyə Nazirliyinin qərarını gözləyirik..."
  • 
  • Ömürlük həbs cəzası verilən atanın oğluna da HÖKM OXUNDU
    Deputata sui-qəsd cəhdi - Ömürlük həbs cəzası verilən atanın oğluna da HÖKM OXUNDU
  • 
  • Gələn il 25 minə yaxın müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir
    Gələn il 25 minə yaxın müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir
  • 
  • 412 min dollar mənimsəməkdə ittiham olunan dələduz axtarışa verilib
    412 min dollar mənimsəməkdə ittiham olunan dələduz axtarışa verilib
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "TDT-nin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir"-  İlham Əliyev
  • TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir
  • QƏBƏLƏDƏ TDT-nin ZİRVƏ GÖRÜŞÜ BAŞLADI -  CANLI YAYIM
  • Türk Dövlətləri Təşkilatı: Azərbaycanla ortaq dil üçün işləməyə davam edəcəyik
  • Prezident Ömüralıyevi qəbul etdi
  • "HƏRBİ GÜC ƏSAS AMİLDİR..."- Prezidentdən türk dövlətlərinə mühüm ÇAĞIRIŞ /VİDEO

    • Tarix: 7-10-2025, 14:30

    Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.

    Press-fakt xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı

    Hörmətli dövlət və hökumət başçıları.

    Əziz dostlar.

    Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.

    İlk növbədə Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm.

    Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

    Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.

    Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

    Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.

    Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

    Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

    Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

    Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.

    Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

    2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.

    İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.

    Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

    Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.

    Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.

    Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.

    2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

    Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

    Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.

    Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.

    Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.

    Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.

    TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.

    Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

    Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.

    Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.

    Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.

    Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.



    Oxunub: 55
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      14-11-2025
      00:45 | “NAXÇIVANA UÇAN TƏYYARƏLƏRİN “BİZNES KLASS”I OLMUR...”- İşindən uzaqlaşdırılan Fuad Nəcəfli
      00:44 | DÇ-2026:  Azərbaycan İslandiyaya məğlub oldu
      00:40 | Venesuelaya qarşı hərbi əməliyyat planları Trampa təqdim edildi
      00:35 | “Müəllimlərin 09:00 –18:00 iş rejimi təhsilə ən böyük zərbə ola bilər”- Ekspert
      00:30 | Qəzaya düşən hərbçilərin nəşi Türkiyəyə yola salındı
      00:25 | Rusiyanın 40 milyon dollarlıq qırıcısı qəzaya uğradı - ÖLƏN VAR
      00:22 | Türkiyənin Xorvatiyaya göndərilən yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB
      00:20 | Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı - VİDEO
      00:15 | Vətəndaşlara yarım milyonluq ziyan vurub ölkədən qaçdı 
      00:10 | Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı
      13-11-2025
      23:00 | ARAYİKƏ ÖMÜRLÜK CƏZA İSTƏNİLDİ -  Digərlərinə isə... /MƏHKƏMƏ
      20:00 | Avropa İttifaqı ABŞ-la bağlı yeni plan hazırlayır - Bloomberg
      19:50 | ABŞ İrana görə bu 8 ölkəni də cəzalandırdı - Türkiyə, BƏƏ, Çin, Hindistan, Ukrayna, Almaniya...
      19:45 | Azyaşlılara aid pornoqrafik videolar satanlar tutuldu -  Kiberpolisdən əməliyyat /VİDEO
      19:40 | AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYINDA CİDDİ AZALMA -  Səbəb nədir?
      19:30 | Bəzi rayonlarda leysan olacaq, şimşək çaxacaq -  XƏBƏRDARLIQ
      19:25 | "Ermənistan sülhün nə olduğunu bilmir" -  Nikol Paşinyan
      19:20 | "Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir"- Prezident İlham Əliyev /MÜSAHİBƏ
      16:00 | Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır -  Tenderin qalibi: “7GÜL”
      15:55 | “BÜDCƏYƏ QƏSD, DÖVLƏTƏ, XALQA QƏSDDİR”- “Bir də görürsən bir nazir, icra başçısı saxlanıldı, ortalığa milyonlar qoyuldu...”
      14:30 | MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
      14:20 | Azad edilmiş rayonlarda tikintiyə bu il 3.2 mlrd. manata yaxın vəsait xərclənib -  SİYAHI
      14:15 | Azərbaycanda bağlanmış 13 bankın əmlakları hərraca çıxarılır
      14:00 | MEDİA onlayn və çap mediasına dəstək üçün müsabiqə elan edib
      13:45 | ZELENSKİYƏ AĞIR KORRUPSİYA ZƏRBƏSİ - Bu böyük qalmaqal Prezidentin karyerasını bitirə bilər
      13:30 | Oğlu Fəzail Ağamalını məhkəmə ilə hədələdi - "Ədliyyə Nazirliyinin qərarını gözləyirik..."
      13:15 | Deputata sui-qəsd cəhdi - Ömürlük həbs cəzası verilən atanın oğluna da HÖKM OXUNDU
      13:00 | Gələn il 25 minə yaxın müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir
      12:55 | Ötən ay 467 müraciət edəndən 141 nəfərin diplomu TANINMAYIB
      12:20 | MOSKVADA 4, TBİLİSİDƏ 5, BAKIDA 10 FAİZ...- Mənzilini kirayə verənlərin siyahısı tutulub
      12:00 | Qanun belə deyir: Bu əməkdaşların "ixtisar" adı ilə işdən çıxarılması Qadağandır!
      11:55 | 412 min dollar mənimsəməkdə ittiham olunan dələduz axtarışa verilib
      11:45 | “Rusiyanın növbəti hədəfi biz ola bilərik"-  "Onların müstəmləkəsi olmaqdansa... ot yeyərik"
      11:40 | Bu ölkədən rus ordusuna 200-dən çox hərbçi qatılıb -  Bu vədlərlə aldadılıblar
      11:35 | ƏVVƏL LAVROV, ARDINCA PESKOV...- Kreml Trampı “yola gətirməyə” çalışır
      11:30 | ABŞ BMT TŞ-yə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:00 | İran 12 günlük müharibəyə görə ABŞ-dən kompensasiya tələb edir
      10:55 | Ermənistanda kəndlər boşalır, məktəblər bağlanır - Etiraz
      10:45 | “Ən ədalətli həll yolu hər kəs üçün məcburi xidmət olacaq”- Ştaynmayer
      10:41 | Zakir Qaralovun şirkətlərinin vergi borcu ilə bağlı rəsmi açıqlama
      10:30 | Türkiyədə ard-arda 3 güclü ZƏLZƏLƏ - Ən güclüsü 4,7 maqnitudada...
      10:20 | GÖYGÖLÜN yeni icra başçısı bu yüksək vəzifəli MƏMURUN OĞLUDUR -  DOSYE
      10:15 | Tezliklə insanlar ölümdən sonra robotlarda yaşaya biləcəklər - Mask
      10:10 | VARLILARIN İLK İŞİ NƏ OLUB? - Kasıblıqdan milyardlara gedən yol
      10:00 | Pokrovskda bu qədər ərazi ruslardan təmizləndi
      09:55 | Ərdoğan Baxçalının evinə getdi, qapalı görüş keçirildi
      09:50 | Adnan Əhmədzadənin həyat yoldaşı ölkəni tərk etdi - Londonda yaşayacaqlar
      09:45 | "The Economist" 2026-cı il proqnozlarını açıqlayıb - Dünyanı böyük dəyişiklik gözləyir
      12-11-2025
      15:15 | YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
      15:00 | Naftalanın icra başçısı VƏZİFƏSİNDƏN AZAD EDİLİB Göygölə TƏYİN OLUNDU
      14:44 | Hərbi yük təyyarəsinin QARA QUTUSU TAPILDI
      14:30 | Gürcüstan qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı ilk hesabatı açıqladı -  "Partlayış izi yoxdur"
      14:25 | Təyyarə qəzası: həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı
      14:20 | Rusiyada müharibədən qayıdanları yenidən toplayırlar - Yüksək maaş təklif edilir...
      14:15 | Qax Rayon İcra Hakimiyyətinə YENİ BAŞÇI TƏYİN EDİLİB
      14:00 | Orxan Mürsəlov Gədəbəyin İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD EDİLDİ-  Bu rayona göndərildi
      13:55 | Göyçayın İCRA BAŞÇISI DA VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Başqa rayona təyinat aldı
      13:50 | KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ -  Bu rayonda birinci müavin işləyirdi /DOSYE
      13:45 | BU RAYONUN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU -  Başqa rayona təyinat aldı /DOSYE
      13:40 | Bu ölkə ABŞ-yə qarşı hərəkətə keçdi -  200 min hərbçi səfərbər etdi
      13:35 | PREZİDENT NAXÇIVANA YENİ RƏHBƏR TƏYİN ETDİ - Fuad Nəcəfli uzaqlaşdırıldı. YENİ NÜMAYƏNDƏ KİMDİR?
      13:30 | “Vicdanımız təmizdir, çünki ondan nadir hallarda istifadə edirik...”-  Lavrovdan AÇIQLAMA
      13:15 | Prezidentdən konfrans iştirakçılarına MÜRACİƏT - Tam mətn
      13:00 | “İranın nüvə potensialının məhv edilməsi heyrətamiz əməliyyat idi”- Tramp
      12:55 | Pokrovskda 300-dən artıq Rusiya hərbçisi var - Şiddətli döyüşlər davam edir
      12:50 | XRİSTİAN-YƏHUDİ VƏ XRİSTİAN-MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ -  Yeni savaşlar alovlandırılır?..
      12:35 | Futbol tarixinin ƏN BAHALI transferləri - Neymar ilk sıradadır
      12:30 | ABŞ-dan Türkiyə də daxil olmaqla NATO-ya Rusiya ilə bağlı çağırış
      12:20 | Paşinyan Azərbaycanla bağlı söz verdi:  “...ilin sonunadək açıqlayacağıq!”
      12:15 | Ukraynada korrupsiya qalmaqalı -  Nazir işdən çıxarıldı
      12:10 | Ramiz Mehdiyev BƏXTİYAR VAHABZADƏYƏ DƏ MANE OLUB -  25 il əvvəlin SÖHBƏTİ
      12:00 | Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi - Yeniləri YARADILDI
      11:55 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:50 | Dünyanın ən yaxşı şəhəri açıqlandı -  İlk beşlikdə hansı şəhərlər var?
      11:47 | Trampın oğlu Ermənistana səfərini ləğv edib
      11:40 | “MANATIN MƏZƏNNƏSİNİ uzun müddət SABİT SAXLAYA BİLMƏYƏCƏYİK”- “Büdcədə şişirdilmiş xərclər var”
      11:00 | ABŞ çox sayda yenilənmiş B-2 bombardmançısı sifariş edib - FOTO
      10:55 | Rusiya Yaponya vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu
      10:50 | İndiyədək Qəzzada ölənlərin sayı açıqlandı
      10:45 | "Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəliləyib
      10:40 | Bu ölkə Ukraynaya 28-ci yardım paketini ELAN ETDİ - 220 MİLYON DOLLAR
      10:35 | Güclü geomaqnit qasırğası müşahidə olunur
      10:30 | Dünyanın ən böyük qızıl ehtiyatı -  Yerdəki bütün qızılın 99%-i oradadır
      10:20 | Təyyarənin qəzaya uğradığı ərazidə son görüntülər - Təhqiqat işləri aparılır /VİDEO
      10:15 | 78 stomatoloji klinikada yoxlama keçirilib -  72-də nöqsanlar aşkarlanıb
      10:10 | TÜRKİYƏ TƏYYARƏSİNİN QƏZAYA UĞRAMA SƏBƏBLƏRİ:  İlkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir
      10:00 | Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin FOTOSU
      09:55 | "Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
      09:50 | Qəzaya uğrayan Türkiyə təyyarəsindəki 20 hərbçinin hamısı şəhid olub -  ADLARI
      09:45 | Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
      11-11-2025
      19:00 | Qəzaya uğrayan C-130 “Hercules” təyyarəsində 20 hərbçi olub -  RƏSMİ
      18:40 | Fərhad Əhmədovun ŞİRKƏTİ BAĞLANDI, zavodun əmlakına HƏBS QOYULDU
      18:30 | İranda bənd qurudu, 70-dən çox cəsəd üzə çıxdı - "Azad İran"
      18:25 | Gürcüstan DİN təyyarə qəzası ilə bağlı açıqlama yaydı -  FOTO
      18:20 | Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verdi
      18:15 | Ərdoğandan təyyarə qəzası ilə bağlı İLK AÇIQLAMA
      18:10 | AZƏRBAYCANDAN TÜRKİYƏYƏ UÇAN HƏRBİ TƏYYARƏ QƏZAYA UĞRADI -  Şəhidlərimiz var /VİDEO
      18:05 | Əkrəm İmamoğluna cəza istənildi -  2 352 İL...
      18:00 | MİNİMUM ƏMƏKHAQQI, YÜKSƏK VERGİ...- Onların qazancı yaşayış minimumuna yaxın olacaq
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.