Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • 
  • BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ -
    BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
  • 
  • İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı -
    İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
  • 
  • Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
    Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
  • 
  • Şair Əlisəmid Kür vəfat edib
    Şair Əlisəmid Kür vəfat edib
  • 
  • Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
    Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
  • 
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycan neftinə ciddi rəqib meydana çıxır - ƏRƏB ÖLKƏSİ İLK DƏFƏ YƏHUDİLƏRƏ NEFT SATACAQ...
  • İsraildən İNANILMAZ ETİRAF: BƏƏ şahzadəsi 25 ildir bizimlə işləyir
  • Bu ölkə Sokotra adasını ələ keçirib
  • Ovçu ərəblər: “Biz 10 ildir burada ov edirik və bunun üçün külli miqdarda pul ödəyirik”- FOTO
  • Türkiyə əməliyyata başladı, 5 ərəb ölkəsi birləşdi
  • Ərəb şeyxlərinin quş ovunun sirri: Şəhvəti artıran baladoydaqlar...

    • Tarix: 28-03-2021, 14:14

    Ərəb şeyxlərinin quş ovunun sirri - şəhvəti artıran maddəyə qurban gedən baladoydaqlar

    Azərbaycanda ərəblərin şikar ovlaması ciddi müzakirə olunmaqdadır. Ancaq bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Bu barədə Qərb mətbuatında da mütəmadi məlumatlar yayılır. “BBC”nin yenicə yaydığı materiala nəzər salaq. Məqalə “Hunting rare birds in Pakistan to feed the sex drive of princes” (Şahzadələr cinsi həvəsi gücləndirmək üçün Pakistanda nadir quşları ovlayırlar) adlanır.
     
    “1983-cü ildə iki ordu zabiti Pakistanın cənub-qərbindəki kiçik sahil şəhəri olan Pasnidə avtomobilləri icarəyə verən bir ofisin qarşısında dayandı. Onlardan biri şirkətin sahibindən soruşdu: "Yaxşı bir avtomobiliniz varmı? Ərəb şeyxini Panjqura aparmalıyıq". Şirkət sahibi onlara “var” dedi və oğlu Hənifi zabitlərə yol göstərmək üçün bələdçi kimi göndərdi. Yaxşı avtomobil Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) altı kral ailəsindən birinə aid olan şahzadə Surur bin Məhəmməd əl-Nahyan üçün idi.
    Təxminən 100 km qət edərək Panjguraya getdilər. Bəziləri tərəfindən əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq (lat. Chlamydotis undulata) ovlamaq istəyirdi. Şeyx maşını bəyəndi və o vaxt 31 yaşı olan Hənif ilə birlikdə ova getdi. Beləliklə, uzun bir dostluğun əsası qoyuldu, indi Hacı Hənif kimi tanınan şəxs başına gələnləri anladır. Otuz yeddi il sonra da o, hər il Pakistana gözəl baladoydaq quşunun ovu üçün gələn kralı ailəsi üzvlərini hər dəfə şəxsən müşayiət edir”.
     

     
    “Əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq quşu” ifadəsinə diqqət etdinizmi? Afrodisyak bitki və canlılarda olan bir maddədir. O insanda şəhvət hissini kəskin şəkildə gücləndirir. Elə bu səbəbdən də ərəb şeyxləri gözəl baladoydaq quşlarına xüsusi maraq göstərirlər.
     
    Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, bu quşlardan Azərbaycanda da var. Sayı kritik həddədir. Yaxın gələcəkdə nəsli kəsilə bilər. Bu quşların rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur. Daha çox hinduşkaya bənzəyir.
     
    Yenidən “BBC”nin reportajına qayıdıaq.  Yazıda qeyd olunur: "Pakistanda bəziləri iddia edir ki, Körfəz ölkələrindən gələn şeyxlər təkcə ov etmirlər, həm də sərmayəyə ciddi ehtiyacı olan Pakistana maddi dəstək verirlər. Digərləri isə əmindir ki, ərəb şeyxləri Pakistana ovdan zövq almaq üçün gəlirlər. Əsasən noyabr-fevral ayları ov üçün daha münasibdir. Şeyxlər də elə o vaxtı Pakistana təşrif buyururlar.
     
    Yaşı altmışı çoxdan ötmüş Hacı Hənifə ərəb şeyxlərinə qulluq etmək üçün kömək lazımdır. Hazırda Hacının 3 oğlu bu işlə məşğuldur. Onlar avtomobillərin saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyırlar, şeyxlərin gətirdiyi şahinlərin məşq etməsi üçün havaya göyərçin uçurdurlar. Şahinlər göyərçini göydə caynağına keçirir...".
     

     
    Məqalənin müəllifi Saher Baloç yazır ki, ərəb şeyxləri Pakistana 1973-cü ildən ayaq açıblar. Hazırda vəziyyət belədir ki, Pakistanın ov üçün münasib olan əraziləri BƏƏ, Qətər və Səudiyyə Ərəbistanından gələn kral ailələri arasında bölüşdürülüb. Hər kəs öz ərazində ov edir.

    Qeyd olunur ki, bu quşlar öncə Ərəbistan yarımadasında da yaşayırdı. Ancaq ərəb ovçular onların kökünün demək olar ki, kəsdi. Elə o vaxtdan da varlı ərəblər gözəl baladoydaq quşlarının dalınca başqa ölkələrə üz tutublar. Hazırda Yer üzündə 50-100 min arası gözəl baladoydaq quşu yaşadığı təxmin edilir.
     
    Bəs, bu məsələ ilə bağlı Pakistan mətbuatı nə yazır? Deyirlər ki, ərəb şeyxləri 1960-cı ilin sonlarından Pakistanda görünüblər. Onların ov zamanı törətdiyi xoşagəlməz hərəkətlər xalq tərəfindən hiddətlə qarşılanıb. 1972-ci ildə etirazlar o həddə çatdı ki, hökumət bu quşların ovunu qadağan edib. Rəsmi qadağaya baxmayaraq, bütün hökumətlər dönəmində ərəblərə qış aylarında ova getməyə icazə verilirdi. Düzdür, müəyyən məhdudiyyətlər şərti ilə.
    Məsələn, ova icazə alan hər bir ərəb 10 gün ərzində 100-dən çox gözəl baladoydaq quşu ovlaya bilməzdi. Bu barədə Pakistanın “dawn.com” saytı yazıb. Nəşr onu da vurğulayıb ki, məhdudiyyətlər ovçuları daha da qızışdırır. Məsələn, 2014-cü ildə Səudiyyə Ərəbistanından gələn şahzadə 3 həftə ərzində 2100 gözəl baladoydaq quşu ovlamışdı.
    Ətraf mühiti qoruyanların təkidi ilə quş ovuna yenidən qadağa qoyuldu. Ancaq az sonra qadağa aradan götürüldü. Maraqlıdır ki, həmin məqalə Hindistanda geniş rezonans doğurub. Çünki Pakistan nəşri bildirib ki, ərəb kral ailələrinin ov etməsinə Hindistan, Nepal, İran və Çin kimi ölkələr qəti icazə vermirlər.
     

     
    Pakistan mətbuatı onu da yazır ki, Baş nazir İmran Xan müxalifətdə olanda heyvan ovuna qarşı çıxıb. Ancaq o, iqtidara gəldikdən sonra Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum və onun ailəsinə Pakistanda ov etmək üçün xüsusi icazə verib.
     
    Ərəb şeyxləri ov zamanı şahin və qartallardan, xüsusi ov itlərindən, hətta pişik cinsinə mənsub olan çitalardan da istifadə edirlər. Citalar sıfırdan 120 km/s sürətə sadəcə 3.5 saniyəyə çatırlar. Heç bir heyvan bu yırtıcının qabağından qaçıb canını qurtara bilməz. Ancaq ərəb şeyxləri şəhvət hissini gücləndirdiyinə görə əsasən baladoydaq quşlarının ovuna çıxırlar. Elə bu səbəbdən də daha çox şahindən istifadə edirlər. Şahinlərin uçuş sürəti 390 km/s bərabərdir.
     
    Qətərdə hər il şahinlə ov festivalı keçirilir. Dünyanın ova maraq göstərən zəngin insanları ora axışır. Normalda 40 növü olan şahinin satış qiyməti 5-25 min dollar arasıdır. Ancaq ərəb şeyxləri maraq göstərəndə bəzən bu qiymətlər 250 min dollara qədər qalxır.
     
    Elbəyi Həsənli, Sürix

    Oxunub: 360
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.