Bu ölkə Sokotra adasını ələ keçirib
Sokotra adası bütünlüklə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti altındadır.
Bu sözləri Yəmənin İnformasiya Nazirliyinin müşaviri Muxtar ər-Rahibi deyib.
“BƏƏ Sokotranı Yəməndən ayırmağı, növbəti mərhələdə isə orada hərbi baza qurmağı planlaşdırır. Bu ölkə adanın təbii sərvətlərini, bitki, mineral su qaynaqlarını və nadir daşlarını Abu-Dabiyə daşımağa çalışır”, - o bildirib.
Sözügedən iddia ilə bağlı Birləşmiş Ərəb Əmirliklərindən rəsmi açıqlama verilməyib.
Oxunub: 2 754
Xəbəri paylaş
Paylaş: