Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
  • Rusiyada öldürülən deputat və arvadının qatili intihar etdi
  • Ramiz Mehdiyev şura sədri oldu – Əli Əsədov AMEA prezdenti ilə yanaşı, 26 nəfərə əlavə vəzifə verdi (SİYAHI)
  • Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul elan olunub
  • Rusiya Elmlər Akademiyasının prezidenti vətənə xəyanətdə ittiham olunur
  • Ən yaxın dostundan Putinin xəstəliyi, Qarabağ və Ukrayna ilə bağlı AÇIQLAMALAR: 1 ay əvvəl onunla görüşdüm və...

    • Tarix: 18-06-2022, 16:24


    Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, “Şöhrət” ordenli professor İlham Rəhimov News24.az-a geniş müsahibə verib.

    Globall.az həmin müsahibəni təqdim edir:

    "İlham Rəhimovla söhbətimiz həmişəki kimi maraqlı və bol məlumatlı keçdi. Çünki professor heç bir sualdan yayınmadan, dolğun cavablar verirdi. 

    Müsahibəyə əvvəlcə İlham Rəhimovun Rusiya Elmlər Akademiyasının akademiki seçilməsi ilə başladıq. Çünki bu uğurun mahiyyəti ölkəmiz üçün də böyükdür".

    - İlham müəllim, iyunun 2-də Rusiya Elmlər Akademiyasının akademiki seçilmisiniz. Öncə bu münasibətlə sizi təbrik edir, elmi yaradıcılığınızda uğurlar arzulayırıq. Rusiya Elmlər Akademiyasının akademiki olmaq necə bir hissdir? Bu xəbəri eşidəndə nələr hiss etdiniz, nə düşündünüz?
     - Öncə, onu bildirim ki, Rusiya Elmlər Akademiyasının akademiki seçilməyimin təşəbbüsü tanınmış rusiyalı hüquqşünaslar tərəfindən irəli sürülüb. Bu proses çox mürəkkəbdir. Bir neçə mərhələ keçmək lazımdır. Əvvəla, seçkilər elan olunan zaman hansısa hüquq təşkilatı Rusiya Elmlər Akademiyasının Rəyasət Heyəti qarşısında təşəbbüs qaldırmalıdır. Xarici vətəndaş olan hüquqşünaslara sadəcə bir yer verilir. Bundan əvvəl Rusiya Elmlər Akademiyasının hüquq üzrə xarici akademiki fransız idi. O, artıq dünyasını dəyişib. Ona görə, bu yer boş qalmışdı. Təkcə hüquq deyil, bir çox sahə üzrə seçkilər elan olunmuşdu: fəlsəfə, tarix, fizika və s. Rusiya Nazirlər Kabinetinin nəzdində böyük bir Qanunvericilik İnstitutu var. Rusiyanın bütün qanunvericlik layihələri ilə məşğuldur. Orada çox təcrübəli, nüfuzlu alimlər çalışır. Mən həmin institutun professoruyam, namizədliyim də onlar tərəfindən irəli sürülüb. 

    Daha sonra ikinci mərhələdə 30 akademik bir araya gəlir. Bu akademiklərin içərisində humanitar sahədə çalışanlar – hüquqşünaslar, filofoslar, sosioloqlar, tarixçilər var. Səsvermə prosesi gizli gedir. Birinci gizli səsvermədə 30 səs topladım. Yəni heç kim əleyhimə səs vermədi. İki gündən sonra daha 50 nəfərin iştirakı ilə iclas keçirildi. Bu 50 nəfərin içərisində əvvəlki 30 akademik və əlavə olaraq 20 nəfər Elmlər Akademiyasının müxbir üzvləri yer alırdı. Sonra daha geniş   müzakirə başlayır. Yenidən gizli səsvermə olur. İkinci gizli səsvermədə 48 səs toplamışdım. Gizli səsvermə olduğu üçün kimlərin mənə səs vermədiyini bilmədim. Növbəti prosesdə Akademiyanın Ümumi yığıncağı keçirilir. Bu yığıncaqda Rusiya Elmlər Akademiyasının bütün akademikləri iştirak edir. Ümumi yığıncaqdakı gizli səsvermədə də çox böyük üstünlüklə səs topladım. Rəqəmi deməsələr də, nəticənin çox yaxşı olduğunu bildirdilər. Ən sonda Ümumi yığıncaqda səsvermələrin nəticələri təsdiq edildi. 

    Yəni prosesin şəffaflığını sizə izah etmək istəyirəm. Ümumiyyətlə, SSRİ dövründə hüquqşünaslara akademik olmaq üçün yer çox çətinliklə verilirdi. Sovet dövründə fizika, kimya, biologiya üzrə akademik seçilən şəxslər çox olub. Hər il bu sahələrə çox yer ayrılırdı. Ancaq hüquq sahəsi daim kənarda qalırdı. Yanılmıramsa, Azərbaycanda da eyni vəziyyətdir. Azərbaycanın Milli Elmlər Akademiyasında hüquqşünas akademik yoxdur. Bir müxbir üzv var. O da çox hörmət etdiyim insan Məsumə Məlikovadır. Hüquq sahəsində elmin ən yüksək zirvəsinə çıxmaq çox çətindir. Məsələn, SSRİ dövründə, Leninqradda oxuduğum zamanlarda bizim universitetin Azərbaycanlı prorektoru var idi. O, həm də hüquq fakültəsində kafedra müdiri kimi çalışırdı. Dünya miqyasında tanınmış alim, hüquqşünas Cahangir Kərimovu nəzərdə tuturam. Cahangir müəllim daha sonra işləməyə Moskvaya getdi. Ancaq nəticə etibarilə o da SSRİ Elmlər Akademiyasının müxbir üzvü idi. 

    - Bu ali dərəcəyə çatmağınızı ən çox nə ilə əlaqələndirə bilərsiniz?
    - Bunun əsas səbəblərindən biri səs verən akademiklərin elmi əsərlərimlə tanış olması idi. Həmçinin mənim elmi əsərlərimdə təkcə hüquq məsələləri yox, fəlsəfə, din, sosiologiya, psixologiya, hətta genetika məsələlərinə də toxunulub. Cinayət və cəza təkcə hüquqla bağlı deyil. Bu günə kimi hüquq elmi cinayətin törəmə səbəbini tam açıqlaya bilməyib. Elmi işlərimlə məşğul olarkən ayınlaşırdı ki, mənim cavab tapmaq istədiyim suallara tək hüquq elmi cavab verə bilməz. Cinayət təkcə hüquqla yox, insanın obrazı, daxili dünyası, psixologiyası və fiziopsixologiyası ilə məşğul olan sahələrlə də bağlıdır. Hüquq formal doqmatikadır. Deməli, bunun cavabını ayrı bir yerdə axtarmaq lazımdır. Problemin dini, fəlsəfi tərəfini də araşdırmağım, kitablarımda bu mövzuya yer ayırmağım da bununla bağlıdır. 

    - Siyasi gündəmin digər məsələləri ilə də bağlı suallarımız var. Öncə bızım hamımız üçün həssas məsələ olan Qarabağ məsələsi ilə bağlı soruşmaq istərdik. Artıq iki ildir ki, müharibə başa çatıb. Tarixən müharibələrin bitməsi həmişə sülh müqavilələri ilə rəsmiləşdirilir. Bəs, Azərbayanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının yubanması nə ilə əlaqədardır? Hansı səbəbləri qeyd edə bilərsiniz?
    - Ümumiyyətlə, sülh məsələsi asan proses deyil. Hər iki tərəfdən itkilər var, düşmənçilik mövcuddur. Lakin sonda Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi bağlanacaq. Ancaq sülh müqaviləsinin gecikməsi Sovet dövründən bizə miras qalan inzibati-sərhəd və Qarabağda yaşayan erməni əhalisinin gələcəyi ilə bağlıdır. Lakin düşünürəm, bu məsələlər də öz həllini tapacaq. Ermənilər də sonda qəbul edəcəklər ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana mərhələli inteqrasiya edib, bizim vətəndaşlar kimi yaşamaqdan başqa yol onları gələcəkdə daha böyük problemlərlə üzləşdirə bilər. Sadəcə, səbr və siyasətimizi bundan sonra da düzgün müəyyən etməklə qarşıya qoyulan hədəflərə çata bilərik. Biz otuz il səbr edib, lakin hər gün çalışmaqla böyük qələbə qazanmış xalqıq.

    - Hazırda dünyada ən çox müzakirə olunan məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsidir. Bir çoxları hesab edirlər ki, əslində Qərb Rusiya ilə müharibə aparır və Ukraynadan bir poliqon kimi istifadə edir. Siz bu barədə nə düşünürsüz? Ümumiyyətlə, bu munaqişənin gələcəyi, həlli barədə fikirləriniz necədir?
    - Fevralın 24-dən əvvəl mətbuata müsahibəmdə qeyd etmişdim ki, hərbi əməliyyatlar başlasa, bu böyük faciəyə səbəb olacaq. Ümumiyyətlə, müharibə bütün hallarda faciədir. Bu gün isə ən çox bu faciəni yaşayan elə Ukrayna xalqıdır. Ukraynada yaşayan ukraynalılar və ruslardır.

    Bu günə qədər də bu suala cavab verilmir ki, niyə 24 fevraldan əvvəl Ukrayna hökuməti özünün neytral statusunu saxlayacağını bildirmədi?! Müharibədən əvvəl   başda ABŞ olmaqla bir çox Qərb dövlətləri, həm də Ukrayna tərəfi bu ölkənin NATO üzvü olacağına dair ard-arda bəyanatlar verirdilər. Hərbi əməlyyatlar başlayandan sonra isə məlum oldu ki, NATO heç Ukraynanın bu bloka üzv olmasını istəmir. Ukrayna da artıq bundan sonra bəyanat verdi ki, bloklara qoşulmamaqla bağlı öhdəlik götürməyə hazırdı. Bundan əlavə, Ukrayna prezidentinin ölkəsinin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanat verməsinin səbəbi nə idi?! Ukraynanın on minlərlə ordunu nəzarətində olmayan Donbasla sərhəddə yığaraq “biz Donbasın qalan hissəsini və Krımı müharibə ilə geri qaytaracağıq” kimi bəyanatları münaqişənin həlli prosesinə necə müsbət təsir göstərə bilərdi?! Gördüyünüz kimi suallar çoxdu.

    Münaqişənin həlli  ilə bağlı sualınıza gəlincə isə dünyada bütün müharibələr sonda masada sülhlə bitir.

    Ümumiyyətlə, sonda böyük dövlətlərin razılaşması qaçılmazdır. Bu gün Qərb Rusiya qarşıdurması nə qədər kəskin olsa da, sonda böyük güclər bu və ya digər formada razılığa gəlməyə məcburdurlar. Bu olmadığı təqdirdə nə regionda, nə də dünyada sülh və stabilliyin təmin olunması mümkün deyil. Səbəb isə nüvə silahına malik dövlətlərin bir-birini məğlub etməsi, sadəcə fiziki cəhətdən mümkün deyil.

    - Siz eyni zamanda həm də iş adamı kimi də tanınırsınız. Sözsüz ki, dünyada gedən iqtisadi prosesləri də yaxından izləyirsiniz. Hazırda BMT, digər beynəlxalq qurumlar qlobal iqtisadi böhran, taxıl qıtlığı, aclıq təhlükəsi barədə xəbərdarlıq edirlər. Vəziyyət doğrudanmı bu dərəcədə kritikdir?

    - Ukraynada müharibə həqiqətən də dünyada ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır. Dünyada bütün məhsullar kimi taxıl məhsullarının da qiyməti sürətlə bahalaşır. Xüsusən də, kasıb ölkələrin əhalisi bunu ciddi hiss edir və hələ hiss edəcək. Lakin hesab etmirəm ki, vəziyyət deyildiyi kimi də qlobal aclığa gətirib çıxarsın. Çünki dünyada bunun qarşısını almaq üçün hələ ki, imkanlar mövcuddur. Eyni zamanda, bu məsələdə Türkiyə prezidenti Ərdoğanın Rusiya və Ukrayna tərəfi ilə aktiv danışıqlarının da nəticə verəcəyinə inanıram və bu yüksək qiymətləndirilməlidir.

    - Siz həm də bir iş adamı olaraq Rusiyaya tətbiq edilən sanksiyaların nəticləri ilə bağlı daha dolğun informasiyaya maliksiniz. Maraqlı proseslərdən biri odur ki, son aylarda rubl kəskin ucuzlaşandan sonra tezliklə öz əvvəlki qiymətinə qayıtdı və hətta daha da bahalaşdı... Sizcə, bu, müvəqqətidir, yoxsa?
    - Bilirsiniz, məsələ ondadır ki, bu sanksiyanı tətbiq edənlər nəticənin nə olacağının bir o qədər də fərqində deyildilər. Rusiya hökuməti bu sanksiyalara hərtərəfli hazır idi. Yəni hansı addım atılsa, biz nə edəcəyik? 

    Təbii ki, sanksiyalar Rusiyaya da təsirsiz ötüşmür. Lakin hökumət yeni reallıqlara uyğun çevik addımlar atmaqla vəziyyəti stabil saxlamağı bacarır. Ümumi təhlillər isə onu göstərir ki, sanksiyalar Rusiyadan çox elə onu tətbiq edən ölkələrə mənfi təsir göstərir. Bu gün ABŞ və Aİ-yə üzv olan ölkələrdə son onillərin ən böyük inflyasiyası qeydə alınır. İnsanların real gəliri aşağı düşür, həyat səviyyələri ağırlaşır. Yəni müasir qloballaşan dünyada sanksiyaların təsiri birtərəfli ola bilməz.

    Rusiyaya sanksiyaların təsirinin gələcək nəticəsi Rusiya iqtisadiyyatının yeni reallıqlardan irəli gələn şərtlərə nə qədər tez uyğunlaşmasından da asılı olacaq. Hələlik görünən odur ki, Rusiya hökuməti bu istiqamətdə ciddi çalışır. 

    Digər tərəfdən, Rusiyanın neft və qaz sektoruna sanksiyaların nəticəsi bu sanksiyaları tətbiq edən dövlətlər üçün daha ağır nəticələr yaradır. Hələ yaydır, qaza olan tələbat o qədər də böyük deyil. Bəs qış mövsümündə necə olacaq? Gəmi ilə ABŞ-dan maye qazı almaq alıcılar üçün nə qədər sərfəli ola bilər? Təbii qazın və neftin alternativ bazarlardan alınacağı təqdirdə belə maya dəyərini dəfələrlə qaldıracaq. İndi sual olur, kim bundan qazanır?!Onlar həm də sanksiyalar tətbiq etməklə çalışırdılar ki, elə eləsinlər, rusların gəliri tamamilə olmasın. Gəlir olmayanda da ölkədə narazılıq əmələ gəlsin. İndi məlum olur ki, 100 gün ərzində təkcə neftdən ruslar 100 milyard pul qazandılar. Çünki sanksiyalar sərtləşdikcə neftin qiyməti qalxır, təlabat artır. Avropanın əvəzinə Hindistan və ya iqtisadiyyatları sürətlə inkişaf edən Vyetnam kimi dövlətlər Rusiyadan qat-qat artıq neft məhsulu alır.

    Hazırda Rusiya ona sanksiya tətbiq edən ölkələrə əks iqtisadi cavab olaraq eksportunda xüsusi çəkisi olan təbii qazı xarici valyuta ilə deyil, rublla satır. Bundan başqa Türkiyə, Çin və başqa ölkələrlə ticarətlərini milli valyutalarda aparmalarına dair razılıqlar var. Eyni zamanda, Qərb bazarlarından valyuta ilə aldığı məhsulların həcmində azalma var ki, bu da rublun möhkəmlənməsinə şərait yaradır. Rublun bahalaşmasına baxmayaraq, Qərb bazarlarına çıxışın məhdudlaşması da öz növbəsində iqtisadiyyata neqativ təsir göstərir. Yəni proseslərin nəticəsi çoxşaxəlidir.

    Rusiyaya tətbiq edilən sanksiyaların məqsədlərindən biri də onu dünyadan tam təcrid eləmək idi. Lakin göründüyü kimi bu da mümkün olmadı. Dünən Sankt- Peterburq şəhərində keçirilən iqtisadi foruma 80-dən artıq ölkənin nümayəndələri qatılmışdı.

    Sanskiyalardan danışarkən rusların buna münasibətini xüsusi vurğulamaq lazımdır. Mən rus xalqını tələbəlik dövründən tanıyıram. Amerikalılar rusların psixologiyasını başa düşməyiblər. Onlar başa düşmürlər ki, bu kimi sanksiyalar və ya digər təzyiqlər nəticəsində ruslar, əksinə daha monolit olurlar, vətənpərvərlik hissləri daha da yüksəlir. Təbii ki, sohbət çoxluqdan gedir. Buna görə də, guya sanskiyalar nəticəsində hakimiyyətə qarşı narazılığın artacağı kimi plan quranlar yanlışlığa yol verdilər. Bu gün hətta Qərb təhlilçilərinin özləri etiraf edir ki, prezident Putinin reytinqi ən yüksək səviyyəyə qalxıb.

    - Yeri gəlmişkən, sizin biznes ortağınız Qod Nisanova da bu yaxınlarda sanksiya tətbiq edildi...
    - Qod Nisanova sanksiyanı yalnz ABŞ tətbiq edib. Avropa İtifaqı və digər heç bir dövlət ona qarşı sanksiya tətbiq eməyib. Amerikanın sanksiyasına gəlincə, bu o deməkdir ki, Qod Nisanov ora gedə bilməz. Qod axırıncı dəfə Amerikaya nə zaman gedib, heç yadıma gəlmir. Bizim bütün biznes fəaliyyətimiz Rusiya ilə bağlıdır. Nə onun, nə də mənim Qərb ölkələrində hər hansı əmlakımız yoxdur. 

    - Rusiya prezidenti Vladimir Putinin ağır xəstəliyə tutulması ilə bağlı fikirlər səslənir. Sonuncu dəfə nə zaman görüşmüsünüz Putinlə?
    - Məndən də bu barədə çox adam soruşur. Mən başa düşürəm, bu da informasiya müharibəsinin bir hissəsidir. Hardasa nəsə yazırlar, sonra bunu yayırlar. Bununla bağlı bildirirəm ki, təxminən bir ay bundan əvvəl Kremldə onunla görüşdüm, bir saat söhbət elədik. 
    Səhhətində heç bir problem yoxdur. Həmişə gördüyüm kimi sağlam, gümrah fiziki formasındadır. Adətən, həmişə olduğu kimi çox yüksək əhvalda və özünəinamlı idi. Yəni reallıq budur. 

    - Görüşəndə Qarabağ mövzusunda danışırsınızmı?
    - Bircə onu deyə bilərəm ki, səbr nümayiş etdirməklə və düzgün siyasətlə hər şey yaxşı olacaq.

    Oxunub: 985
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.