Rusiya Elmlər Akademiyasının prezidenti vətənə xəyanətdə ittiham olunur
Valeri MitkoRusiyanın Arktik Elmlər Akademiyasının prezidenti Valeri Mitko vətənə xəyanətdə ittiham olunur.
“Report” “Interfax”a istinadən xəbər verir ki, bu barədə onun vəkili İvan Pavlov məlumat verib.Onun sözlərinə görə, Dzerjinski məhkəməsi hələ fevral ayında alimə qarşı ev dustaqlığı qərarı çıxarmışdı.
Məlumata görə, alim Çinə səfər edərkən dövlət sirri olan materialları bu ölkənin xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur. V.Mitko günahı boynuna almır.İstintaq hesab edir ki, Arktik Elmlər Akademiyasının prezidenti Çinə hidroakustika və yeraltı qayıqların aşkar edilməsi sahəsində gizli məlumatları ötürüb.
Vurğulanıb ki, V.Mitko bu materialları casusluq tapşırığı ilə 2017-2018-ci illərdə toplayıb.
Oxunub: 411
Xəbəri paylaş
Paylaş: