Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Mübariz Mənsimov zindanlara layiq oğul deyil..." - Hacı Nuran da həbsdə olan həmyerlimizin müdafiəsinə qalxdı
  • Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Mübariz Qurbanlı: "Əbu Bəkr məscidi açılmayacaq"
  • Mübariz Mənsimov xəstəxanaya yerləşdirildi
  • Mübariz Mənsimovla bağlı qərar verildi
  • Mübariz Tağıyev: “Uşaqlığım, gəncliyim İrəvanda qalıb” - MÜSAHİBƏ

    • Tarix: 31-01-2023, 14:29


    Bu gün Xalq artisti Mübariz Tağıyev doğum gününü qeyd edir. İrəvan şəhərində doğulan, Axundov adına məktəbdə orta təhsil alan Mübariz müəllimin 75 yaşı tamam olur. O, ötən illəri bir də xəyal süzgəcindən keçirib, yaşanmış günləri yada salıb. Ad günü ərəfəsində öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən müğənni deyib:

    - Yaşa dolduqca, həmişə doğulduğun, ilk dəfə dünyanı dərk etməyə başladığın, ilk sevgini tapdığın yerlərə can atırsan. Doğma yerlər həmişə səni özünə çəkir. Aradan nə qədər illər keçsə də, yenə həmin yerlərə getmək, uşaqlıq xatirələrini təkrar yaşamaq istəyirsən. Təəssüf ki, bu, mənim üçün mümkün deyil. Çünki mən Azərbaycanın qədim şəhərlərindən olan İrəvanda doğulub boya-başa çatmışam. Evimiz şəhərin düz ortasında yerləşən azərbaycanlılar məhəlləsində, hamının tanıdığı məşhur Gedərçay deyilən yerdə idi. İndiki kimi xatırlayıram, məhəlləmizdə iki müsəlman məscidi var idi. Tez-tez məhəlləmizin sakinləri dini mərasim və ayinləri icra etmək üçün ora yığışar, dərd-sərlərini bölüşərdilər. Uşaq vaxtı nənəmin məni tez-tez ora aparması yaddaşımda ən əziz xatirə kimi yaşayır. İndi nə o məscidlər qalıb, nə məhəlləmiz, nə də ki, orada bir azərbaycanlı. Mənə qalan yalnız o yerlərlə əlaqədar heç vaxt unudulmayan xatirələrdir...

    Orta məktəbin V-VI siniflərində oxuyanda idmanla məşğul olurdum, üzgüçülük sahəsində uğurlarım da vardı. O illərdə Nizami İsmayılov, mən və Eldar İsmayılovdan ibarət özfəaliyyət kollektivimiz vardı, tədbirlərdə iştirak edərdik, sözün düzü, çıxışlarımız heç də pis qarşılanmırdı.

    - O vaxtlar azərbaycanlılara qarşı münasibət necə idi? Yaddaşınızda hansı hadisələr iz salıb?

    - Məktəbimiz İrəvandakı stadionun yanında idi. “Neftçi” və “Ararat” komandaları oynayanda şəhərdəki azərbaycanlı uşaqlarla yığışıb azarkeşlik edərdik. Biz çox az idik və sevimli komandamızın qələbəsinə sevinəndə ermənilər bizə çox nifrətlə baxırdılar. Bir dəfə hətta dava da düşdü... Yadımdadır, hələ o dövrdə biz oxuyan məktəbi iki dəfə yandırdılar. Çox şeylər olub, adam bilmir hansını xatırlasın...

    - Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə - “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”, - dedi. Həmin tarixi görüşü izlədikdən sonra bir qərbi azərbaycanlı kimi sizdə hansı hisslər yarandı?

    - Həmin görüşü böyük qürur və sevinc hissi ilə izlədim. Prezident İlham Əliyevin dediyi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözlərini bir daha xatırladım. Deməli, məqam, zaman indi yetişib. Görüşdən sonra az bir vaxtda hazırlanaraq təsdiqlənən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə də tanış oldum. İnamım birə-beş artıb, o yerləri bir də görəcəyimə böyük ümidim var.

    - Uzun illər Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmisiniz və təzyiqlərlə üzləşmisiniz...

    - Orta məktəbi bitirdikdən sonra İrəvan Pedaqoji İnstitutuna daxil oldum. Üçüncü kursda oxuyanda Ermənistanda gənc istedadların musiqi müsabiqəsi keçirildi. Müsabiqənin sədri əslən Bakıdan olan, Ermənistanın estrada orkestrinin rəhbəri Konstantin Orbelyan idi. Açığını deyim ki, erməni dilini mükəmməl bilirdim, onların mahnılarını özlərindən yaxşı oxuyurdum. Müsabiqədə qalib gəldim. İndi münsiflər və təşkilatçılar bilmirdilər ki, azərbaycanlı gənci necə müsabiqənin qalibi elan etsinlər. Odur ki, müsabiqənin birinci mükafatını iki nəfərə - erməni qıza və mənə verdilər. Qəribəsi isə o idi ki, müsabiqəni geniş işıqlandıran “Sovet Ermənistanı” qəzeti birinci yerin qalibinin erməni müğənni olduğunu yazmışdı, mənim adımı da çəkməmişdi. Bax erməni xisləti belədir.

    - Sizi Bakıya üz tutmağa vadar edən nə oldu?

    - 1970-ci illərin əvvəllərindən başlayaraq, ermənilərdə şovinizm hisslərinin gücləndiyini hiss edirdik. Bir dəfə estrada orkestri ilə qatı erməni daşnaklarının yaşadığı Abovyan şəhərində konsert proqramı ilə çıxışımız oldu. Hamımıza tanış olan Kərkük bayatılarını oxuyurdum. Birdən konsertin şirin yerində, zalın ortasından bir erməni qalxıb qışqırdı: “Heç türkün yeridir bura? Bu mahnını niyə oxuyursan?” Orkestrin rəhbəri başı ilə mənə fikir verməməyi işarə etdi. İfamı bitirib səhnəni tərk etdim. Amma ürəyimə artıq xal düşmüşdü. Öz-özümə dedim, demək bizimki buraya qədərmiş. 1972-cü ildə əsgər getdim, əvvəl Tiflisdə, Zaqafqaziya Hərbi Donanmasında, daha sonra isə Həştərxan vilayətində xidmət keçdim. Xidmət müddətində də hərbi orkestrdə solist kimi çıxış edirdim. Kollektivimiz konsert proqramı ilə bütün keçmiş ittifaqın respublikalarında qastrol səfərlərində olmuşdu. Bir gün xəbər tutdum ki, qarnizon dəyib bir-birinə, general məni axtarır. Sən demə, hərbi hissəyə korifey sənətçimiz Rəşid Behbudovun imzası ilə məktub daxil olub və o, məni Bakıya öz kollektivinə dəvət edir. Həmin dəvətdən sonra Bakıya gəldim və bir də İrəvana - mənə doğma olan o yerlərə qayıda bilmədim.

    Bakıya gələndən sonra Rəşid müəllimin ansamblında çıxış etməyə başladın. Onunla işləmək mənim üçün əsl xoşbəxtlik idi. İlk vaxtlarda Rəşid müəllim mənə çox köməklik etdi, repertuar seçimində heç bir problem olmadı. Deyirdi ki, çalış öz yolunu tap. Buraya gələnlər, adətən məni yamsılamaq istəyirlər ki, xoşuma gəlsinlər. Sən isə özün kimi oxu, sənətdə özünü axtar tap. 15 il birlikdə çalışdıq. Demək olar ki, dünyanın əksər ölkələrində konsertlər verdik, elə ölkələr var idi ki, 10-12 dəfə təkrar qastrol səfərində olduq.

    - Ailə mənşəyiniz haqqında da öyrənmək maraqlı olardı...

    - Mən ziyalı ailəsində anadan olmuşam. Elə bu sənətə gəlməyimin də səbəbi yəqin ki, gendən irəli gəlir. Babam aşıq Muxtar 1900-cu illərdə İrəvanın məşhur aşıqlarından olub. Atam Hüseyn kişini isə Göycə mahalında adla çağırardılar - mahir kamança ustası idi. Anam uzun illər İrəvanda radioda redaktor vəzifəsində çalışıb. Orada Azərbaycan dilində 1 saatlıq efir vaxtı ayırmışdılar. Sonralar “Sovet Ermənistanı” qəzetində və Ali Sovetdə şöbə müdiri vəzifələrində çalışıb. Harada yaşamağımızdan, hansı sənət sahibi olmağımızdan asılı olmayaraq daim Azərbaycanı düşünmüşük, ölkəmizə, vətənimizə xidmət etməyə çalışmışıq.

    - Rok ifaçısı kimi sənətə gəldiniz və estrada müğənnisi kimi məşhurlaşdınız. Necə oldu ki, sizin yaradıcılığınızda janr dəyişikliyi baş verdi?

    - Mən imic dəyişmədim, sadəcə elə bir dövrə gəldik ki, şəhidlər, yaralılar, Qarabağda baş verənlər mənim də yaradıcılığıma təsirsiz ötüşmədi. Repertuarımda vətənpərvərlik mahnılarına daha çox üstünlük verdim. Həmin mahnılar lirik olsa da, onlarda çağırış əhvali-ruhiyyəsi var. O illərdən başlayaraq Faiq Sücəddinov, Eldar Mansurov, Mobil Babayev, İlham Abdullayev və bir çox bəstəkarlar mahnılarını birbaşa mənə göndərir və mən həmin mahnılarla tez-tez cəbhə bölgəsində əsgərlər qarşısında çıxışlar edirdim. Həmin dövrdə bir-birindən gözəl vətənpərvərlik mahnıları yazıldı və mən də bir ifaçı kimi onları əsgərlərə çatdırmağa çalışdım.

    Doğrudur, rok qrupların yarandığı vaxtda mən də bu üslubu mənimsəmişdim. Rok musiqisində bir sərtlik var və bir az da siyasətlə bağlıdır. Bu, mənim ruhuma yaxın olsa da, sonradan özümü estrada janrında tapdım.

    - Mübariz müəllim, bu gün yazılan mahnıların ömrü niyə belə qısa olur və niyə ötən əsrin nəğmələri qəlbə daha çox yatır, yaddaşlarda yaşayır?

    - Sovet vaxtı bədii şuradan keçməyən mahnı nəinki televiziya efirinə, heç konsert proqramına da daxil edilə bilməzdi. Bu gün efirdən elə mahnılar eşidirsən ki, adam lap xəcalət çəkir. Bəzən elə olur ki, heç bir akkordu yerində olmayan mahnını efirə verirlər. Elə müğənnilər var ki, onlar hələ də bilmirlər ki, hansı janrda oxuyurlar. Biri çıxıb bu gün səhnədə rok musiqisi oxuyur, səhəri gün başqa bir janrda. Hər müğənninin öz janrı olmalıdır. Dinləyici bilməlidir ki, bu müğənni hansı janrda mahnı oxuyur. Bütün bunlar ondan irəli gəlir ki, bizdə şou-biznes mərkəzi yoxdur. Bu sahə tam nəzarətsizdir. Görün indi nə vəziyyət yaranıb ki, biri durub gəlir televiziyaya, musiqisi də, sözləri də özünə aid olan yeni mahnı yazdığını deyir. Baxırsan ki, üç not üzərində yazılan bəsit bir mahnıdır - heç sözləri də yerində deyil. Musiqini bu günə salmaq olmaz axı?

    - Bu gün yazılan vətənpərvər mahnıları sizi qane edir?

    - Bu gün vətənpərvərlik mahnıları yazılır, sözün düzü az da deyil. Bir dəfə mən ifaçılara müraciət etdim ki, repertuarınızda vətənpərvərlik mahnılarına yer verin. Sağ olsunlar, ondan sonra bu sahədə işlər xeyli sürətləndi və nəticədə çoxlu vətənpərvərlik nümunələri yarandı.

    - Milli estradamızın səviyyəsindən razısınızmı? Sizcə, çatışmayan nədir?

    - Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Mirzə Babayev kimi sənətkarlar bir yol qoyub gediblər və onların yaratdıqları, oxuduqları əsərlər bu gün də sevilir. Bunun kökündə, mayasında peşəkarlıq, sənətə sevgi, millətə bağlılıq durur. Düzdür, indi də bəzən bu sahədə yaxşı əsərlər yaranır. Amma bəzilərinin nə yazdığı, nə oxuduğu bilinmir.

    Məni narahat edən məsələ həm də odur ki, estrada musiqisinə əsasən gənc nəsil qulaq asır, artıq onlarda zövqlərin aşılanması prosesi gedir. Efirə mütləq nəzarət olmalıdır.

    - Qərbi Azərbaycana, doğma yerlərə ayaq bassanız, üz tutacağınız ilk məkan hara olardı?

    - Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündən sonra o yerləri yenidən görəcəyimə inamım çox artıb. Sözsüz ki, ilk olaraq doğulub, böyüdüyüm yerlərə baş çəkəcəyəm, nə qədər dəyişikliyə məruz qalsa da, həmin ünvanlar mənim yaddaşıma necə var elə də həkk olub. Uşaqlığım, gəncliyim İrəvanda qalıb. Bircə arzum var ki, təki o günlər tez gəlsin və mənim uzun illər gördüyüm yuxular gerçəyə çevrilsin...


    Oxunub: 898
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.