"Mübariz Mənsimov zindanlara layiq oğul deyil..." -
Hacı Nuran da həbsdə olan həmyerlimizin müdafiəsinə qalxdı
Aparıcı Hacı Nuran Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimova dəstək olub.
Özünün sosial şəbəkə hesabında Hacı Nuran bildirib ki, M.Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq: “Son günlər onun adı dövri mətbuatda tez-tez hallanır. Haqqında deyilənlərin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Çünki O, hazırda Türkiyədə həbsdədi və istintaq materiallarının tədqiqindən sonra Mübariz Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq yəqin ki. Çünki hamı Mübariz Mənsimovun necə bir oğul, necə bir iş adamı olduğunu yaxşı bilir. Bu o Mübariz Mənsimovdur ki, etdiyi yardımları da, xeyriyyəçiliyi də həmişə gizlədib, reklam etməyib. Bu o Mübariz Mənsimovdur ki, bütün canı, qanı ilə Azərbaycana bağlıdır. Ən sıravi vətəndaşından tutmuş, ən yüksək məmuruna kimi hamını özünə doğma sayan adamdı Mübariz. Düşünürəm ki, O başqa cür ola da bilməz. Adı Mübariz olanların buna haqqı yoxdur çünki. Bu gün iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Qurban oğlu Mənsimovun 22.03.1968 doğum günüdür. Gizlətməyəcəm: onun kimi bir iş adamının həbsdə olması, bugünkü ad gününü doğmalarının əhatəsində deyil, həbsdə keçirtməsi bir azərbaycanlı kimi məni də çox təsirləndirir. Və təəssüf edirəm. Çünki, Mübariz Mənsimov zindanlara layiq oğul deyil. Haqq nazilər, üzülməz deyirlər. Sənin haqqının öz yerini tapacağı gün uzaqda deyil … Doğum günün mübarək!”