“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək. “Report”un məlumatına görə, Bakı Tennis Akademiyasında 6 qarşılaşma baş tutacaq. A və B qruplarında əvvəlcə II turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək. A qrupunda yer alan Azərbaycan millisi günün son qarşılaşmasında meydana çıxacaq. İlk turda Çexiya ilə qolsuz bərabərə qalan yığma bu dəfə İtaliya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Beynəlxalq Minifutbol Turniri 12:30. İtaliya – Gürcüstan 15:30. Serbiya – Çexiya 20:30. Azərbaycan – İtaliya B qrupu 11:00. Türkiyə - Ukrayna 14:00. Qazaxıstan – CAR 19:00. Türkiyə - Fransa
2 may
A qrupu