DÇ-2022: Bu gün seçmə mərhələdə daha 13 oyun keçiriləcək
"Report"un məlumatına görə, ikinci oyun günündə B, C, F, I və J qruplarında 13 qarşılaşma baş tutacaq.
B qrupunda İspaniya millisi Yunanıstanı, İsveç yığması isə Gürcüstanı qəbul edəcək. İtaliya da seçmə mərhələyə doğma meydanda start verəcək. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiya ilə üz-üzə gələcək.
I qrupunda İngiltərə millisi San-Marino ilə münasibətlərinə aydınlıq gətirəcək. J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiya ilə qarşılaşacaq.
23:45. İspaniya - Yunanıstan
23:45. İsveç - Gürcüstan
C qrupu
21:00. Bolqarıstan - İsveçrə
23:45. İtaliya - Şimali İrlandiya
F qrupu
21:00. İsrail - Danimarka
23:45. Şotlandiya - Avstriya
23:45. Moldova - Farer adaları
I qrupu
23:45. İngiltərə - San-Marino
23:45. Macarıstan - Polşa
23:45. Andorra - Albaniya
J qrupu
23:45. Almaniya - İslandiya
23:45. Rumıniya - Şimali Makedoniya
23:45. Lixtenşteyn - Ermənistan