Göyçayda 34 yaşlı kişi qətlə yetirilib, qonşusu tutulub
İyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 90
Xəbəri paylaş
Paylaş: