Pirallahıda gənc oğlan qətlə yetirilib
İyunun 15-də saat 2 radələrində Pirallahı rayonunda 2003-cü il təvəllüdlü Murad Zaur oğlu Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə rayonun qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramil Vaqif oğlu Niftəliyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: