Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RAMİZ MEHDİYEV - NANKORLUQ VƏ XƏYANƏT ANATOMİYASI -  Onun planında kimlər olub? /ŞOK ADLAR
SABİQ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİNİN DƏ HƏBSİ GÜNDƏMDƏ -  İspaniya mediasından ŞOK YAZI
Fəzail AĞAmalının Mehdiyevə MƏKTUBU ÜZƏ ÇIXDI: “Şərəfli işinizdə…”- FOTO
Press-fakt.az
    
  • ADAU TV-nin müasir internet televiziyasının studiyası istifadəyə verilib
    ADAU TV-nin müasir internet televiziyasının studiyası istifadəyə verilib
  • 
  • Prezidentlərə “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi -
    Prezidentlərə “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - FOTO
  • 
  • RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ DANIŞDI:
    RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ DANIŞDI: "Faktları dəqiqləşdirin..." - VİDEO
  • 
  • Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
    Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
  • 
  • Budapeştdə Tramp-Putin görüşü baş tutmaya bilər -
    Budapeştdə Tramp-Putin görüşü baş tutmaya bilər - Lavrov və Rubio nəyi razılaşdıra bilməyiblər?
  • 
  • “1 milyon avro yox, çoxlu qızıl-zinət əşyaları oğurlanıb..”-
    “1 milyon avro yox, çoxlu qızıl-zinət əşyaları oğurlanıb..”- AMEA prezidenti danışdı
  • 
  • "Qarabağ" bu dəfə İspaniya nəhənginə qarşı - 
    "Qarabağ" bu dəfə İspaniya nəhənginə qarşı -  Ağdam təmsilçisinin şansı nə qədərdir?
  • 
  • “SON DƏRƏCƏ QƏDDAR OLMAQ LAZIMDIR”-
    “SON DƏRƏCƏ QƏDDAR OLMAQ LAZIMDIR”- “Mehdiyev kimi qorxaq bir adam cəsarətə gələ bilibsə...”
  • 
  • Aşıq Şəmşirin nəvəsini TONQALDA DİRİ-DİRİ YANDIRIBLAR -
    Aşıq Şəmşirin nəvəsini TONQALDA DİRİ-DİRİ YANDIRIBLAR -  MƏHKƏMƏ
  • 
  • "Azərbaycana qayıtmaq niyyətim yoxdur"- 
    "Azərbaycana qayıtmaq niyyətim yoxdur"-  Rəsul Quliyev
  • 
  • Bölgələrdə ətin qiyməti niyə ucuzlaşır? -
    Bölgələrdə ətin qiyməti niyə ucuzlaşır? - SƏBƏB
  • 
  • "Qarabağ" futbolçularına İLLİK NEÇƏ MİLYON AYIRIR? - 
    "Qarabağ" futbolçularına İLLİK NEÇƏ MİLYON AYIRIR? -  Məbləğ AÇIQLANDI
  • 
  • Gəncədə üç tibb müəssisəsi ləğv edildi -
    Gəncədə üç tibb müəssisəsi ləğv edildi - İşçilərin aqibəti necə olacaq? RƏSMİ CAVAB
  • 
  • Deputat Səyyad Əliyev ölkədən qaçır? -
    Deputat Səyyad Əliyev ölkədən qaçır? - Mənimsəmə faktları araşdırılır
  • 
  • Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi
    Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi
  • 
  • Putin Mehdiyev və Sərkisyanla EYNİ MASA ƏTRAFINDA -
    Putin Mehdiyev və Sərkisyanla EYNİ MASA ƏTRAFINDA -  Niyə görüşmüşdülər? /FOTO
  • 
  • Bu halda pulunuzu bankdan təcili çıxarın -
    Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
  • 
  • "Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır"-
    "Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır"-  Fərhad Məmmədov
  • 
  • Ermənistanda etirazlar -
    Ermənistanda etirazlar - Gürcüstanla sərhədi bağladılar
  • 
  • Azərbaycan dünyada “tıxac liderləri”ndən biridir - 
    Azərbaycan dünyada “tıxac liderləri”ndən biridir -  Beynəlxalq statistika açıqlandı
  • 
  • Ukrayna Azərbaycanla razılığa gəlib - 
    Ukrayna Azərbaycanla razılığa gəlib -  ZELENSKİ
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edildi
  • İlham Əliyev 2 fərman imzaladı
  • İlham Əliyev 2 fərman imzaladı
  • Azərbaycanda valideynlik hüquqlarından məhrumetmə qaydası dəyişib
  • Siyasi partiyalar bu halda ləğv olunacaq - YENİ QANUN
  • Ailə Məcəlləsində dəyişikliklər edildi - Yeni maddələr əlavə olundu

    • Tarix: 13-07-2023, 09:30

    Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilib. 

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

    Dəyişikliyə əsasən, məcəlləyə aşağıdakı məzmunda 68.4-1-ci maddə əlavə edilib:

    “68.4-1. Bu Məcəllənin 116-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilər”.

    Bundan başqa, 116-cı maddə aşağıdakı redaksiyada verilib:

    “Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi

    116.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 114.1-ci maddəsində qeyd olunan uşaqlar barədə məlumatı aldıqdan sonra 3 (üç) iş günü müddətində uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin qiymətləndirilməni həyata keçirir.

    116.2. İlkin qiymətləndirmə nəticələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı qərarlardan birini qəbul edir:

    116.2.1. uşağın ailəsinin olmamasını və ya ailədə qalmasının qeyri-mümkünlüyünü müəyyən etdikdə, onun bu Məcəllənin 116.6–116.8-ci maddələrinə uyğun olaraq yerləşdirilməsi barədə;

    116.2.2. uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının və yaxud ailəsində qalmasının mümkünlüyünü müəyyən etdikdə, 14 (on dörd) iş günü müddətində əlavə qiymətləndirmənin aparılması və ailə inkişaf planının tərtibi barədə.

    116.3. Ailə inkişaf planında uşağın valideyn himayəsindən məhrum olmasının səbəbləri, onların əhəmiyyətlilik dərəcəsi üzrə bölgüsü, bu səbəblərin aradan qaldırılması üsulları, ailə üçün zəruri hüquqi, sosial, tibbi, tibbi-psixoloji və məişət dəstək tədbirləri qeyd edilir.

    116.4. Ailə inkişaf planının tərtibi və icrası müddətində uşağın öz ailəsində qalması onun həyatı və təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmədikdə və ya uşağın valideynləri ailə inkişaf planında nəzərdə tutulan tədbirlərin icrasından imtina etdikdə və yaxud uşağı tərbiyə etməkdən boyun qaçırdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ailə inkişaf planının icrasının dayandırılması və uşağın bu Məcəllənin 116.5–116.7-ci maddələrinə uyğun olaraq yerləşdirilməsi barədə qərar qəbul edə bilər.

    116.5. Uşağın valideynləri olmadıqda və ya valideynlərinə qaytarılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilk növbədə onun qəyyumluğa (himayəyə) verilməsi imkanlarının araşdırılması üçün müvafiq icra hakimiyyəti orqanınının müəyyən etdiyi orqana (quruma) dərhal sorğu göndərir.

    116.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.5-ci maddəsində qeyd olunan sorğu daxil olduqdan sonra 10 (on) iş günü müddətində araşdırma apararaq, uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olub-olmaması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.

    116.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.6-cı maddəsinə əsasən uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olmadığı barədə məlumatı aldıqdan sonra 10 (on) iş günü müddətində uşağın himayədar ailəyə və ya övladlığa verilməsi, bu mümkün olmadıqda isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edir.

    116.8. Bu Məcəllənin 114.1-ci maddəsində qeyd olunan uşaq aşkar olunan zaman onun sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda və təcili yerləşdirilməsi zərurəti yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq ilkin qiymətləndirməni aparmadan uşağın təcili yerləşdirilməsi ilə bağlı qərar qəbul edir. Uşaq yerləşdirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq uşaqla bağlı ilkin qiymətləndirməni aparır.

    116.9. Uşağın yerləşdirilməsi zamanı onun fikirləri, maraqları, etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, təhsili və tərbiyəsi üçün daha əlverişli imkanları və yerləşdirmənin uşaq üçün təhlükəsizliyi nəzərə alınmalıdır.

    116.10. Valideyn himayəsindən məhrum olmuş uşaqlar bu Məcəllənin 116.5–116.7-ci maddələrinə uyğun olaraq yerləşdirilənədək onlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir”.

    Eyni zamanda, məcəlləyə aşağıdakı məzmunda 116-1-ci və 118.16-1-ci maddələr əlavə edilib:

    “Maddə 116-1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilmiş uşaqlarla işin aparılması

    116-1.1. Bu Məcəllənin 116.7-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın fərdi, təhsil, sosial-mədəni inkişafını təmin etmək və ailə tərbiyəsinə verilməsinin mümkünlüyünü müəyyənləşdirmək məqsədilə yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınmaqla uşaqla bağlı fərdi inkişaf planı tərtib edir.

    116-1.2. Fərdi inkişaf planının tərtibi zamanı 7 yaşına çatmış uşağın fikri nəzərə alınır, eləcə də valideyni və ya qohumları varsa, fərdi inkişaf planının tərtibində onların iştirakı təmin edilir.

    116-1.3. Uşağın yerləşdiyi müəssisənin rəhbəri fərdi inkişaf planının hazırlanmasında və icrasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kömək göstərməlidir.

    116-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planının icrası nəticəsində uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyünü müəyyənləşdirdikdə ailə inkişaf planı tərtib edir və onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə uşaq ailəyə qaytarıldıqdan sonra 1 (bir) il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparır.

    116-1.5. Bu Məcəllənin 116-1.4-cü maddəsinə uyğun olaraq uşağın ailəyə qaytarılmasından sonra aparılan monitorinq nəticəsində uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağı ailədən alıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq təcili yerləşdirir və bu barədə prokurora məlumat verir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın yerləşdirilməsindən sonra 10 (on) iş günü müddətində məhkəməyə valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər;

    118.16-1. Uşaq onu 3 (üç) aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.3.3–118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur”.

    Dəyişikliyə görə, aşağıdakı məzmunda 138-1-ci maddə əlavə edilib:

    “Maddə 138-1. Himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq və himayə

    Himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir”.

    Bununla yanaşı, 142-ci maddə aşağıdakı redaksiyada verilib:

    “Maddə 142. Himayədar ailənin yaranması

    142.1. Himayədar ailə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.

    142.2. Himayədar ailənin yaranması aşağıdakı 3 (üç) mərhələdə həyata keçirilir:

    142.2.1. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması;

    142.2.2. himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyənləşdirilməsi;

    142.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin bağlanılması.

    142.3. Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada müəyyən edilir:

    142.3.1. himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibənin aparılması və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsi;

    142.3.2. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

    142.3.3. himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi.

    142.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin himayəyə götürməyə münasibətini öyrənmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir və bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxslərin maddi-məişət şəraitinin müayinəsini aparır.

    142.5. Müsahibədən keçmiş himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən himayədar ailə ilə bağlı müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilirlər.

    142.6. Himayədar ailə ilə bağlı təlimlərdən keçmiş himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) 1 (bir) il müddətində himayədar ailə olmaq üçün təkrar müraciət etdikdə təlimlərə cəlb edilmir.

    142.7. Himayədar ailə ilə bağlı təlimin nəticələri bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən meyarlara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirilir.

    142.8. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) və himayədar ailəyə veriləcək uşağın istək və mənafeyini nəzərə almaqla, himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşaq və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn seçir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi yerdə sosial işçinin iştirakı ilə onların görüşünü təşkil edir.

    142.9. Bu Məcəllənin 142.8-ci maddəsində nəzərdə tutulmuş görüşün nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlayır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmayanlar və yalnız bu maddəyə uyğun olaraq bağlanılmış müqavilədə nəzərdə tutulmuş müddətə verilə bilərlər.

    142.10. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilədə uşağın sağlamlıq vəziyyəti, onun yaşayış, tərbiyə və təhsil şəraiti, himayədar valideynlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hüquq və vəzifələri, bu müqavilənin müddətinin uzadılması, ləğv olunmasının əsasları və nəticələri qeyd edilir.

    142.11. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar ailəyə verilmiş uşaqların müvəqqəti olduqları yer, yəni himayədar ailənin yaşadığı yer üzrə qeydiyyata alınması üçün əsas hesab edilir.

    142.12. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

    142.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş hər bir uşağa görə himayədar valideynlərə onların himayədar valideyn olduğunu təsdiq edən və üzərində himayədar valideynlərin, himayəyə verilmiş uşağın soyadı, adı, atasının adı və fotoşəkli əks olunmuş vəsiqə təqdim edir.

    142.14. Himayədar valideynlərə verilən vəsiqənin nümunəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir”.

    Eyni zamanda, aşağıdakı məzmunda 142-1-ci maddə əlavə edilib:

    “Maddə 142-1. Himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu

    142-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır.

    142-1.2. Bu Məcəllənin 142-1.1-ci maddəsində qeyd edilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:

    142-1.2.1. himayədar ailələrə verilmiş uşaqların soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, qeydiyyat ünvanı, vətəndaşlığı və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) soyadı, adı, atasının adı, FİN-i, qeydiyyat ünvanı, faktiki yaşadığı ünvan;

    142-1.2.2. himayədar ailələrə verilmiş uşaqların və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti barədə məlumatlar;

    142-1.2.3. uşağın əvvəllər qəyyumluğa (himayəyə), himayədar ailəyə və ya övladlığa verilib-verilməməsi barədə məlumatlar;

    142-1.2.4. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;

    142-1.2.5. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) məhkumluğunun olub-olmaması barədə məlumatlar;

    142-1.2.6. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və maliyyə öhdəlikləri barədə məlumatlar;

    142-1.2.7. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmaması barədə məlumatlar;

    142-1.2.8. uşağın himayədar ailəyə verilməsi barədə müqavilənin müddəti barədə məlumat.

    142-1.3. Bu Məcəllənin 142-1.2-ci maddəsində qeyd edilən məlumatlar bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) əldə edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir.

    142-1.4. Bu Məcəllənin 142-1.2.2-ci, 142-1.2.4–142-1.2.7-ci maddələrində qeyd edilən məlumatlar himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır.

    142-1.5. Himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) bu Məcəllənin 142-1.2.1-ci, 142-1.2.2-ci və 142-1.2.4–142-1.2.7-ci maddələrində qeyd olunan məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.

    142-1.6. Bu Məcəllənin 142-1.1-ci maddəsində qeyd edilən vahid informasiya bazasında uçota alınmış himayədar ailəyə verilmiş uşaqlar uşağın himayədar ailəyə verilməsinə dair müqavilə ləğv edildikdə uçotdan çıxarılırlar.

    142-1.7. Himayədar valideynlər aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən uçotdan çıxarılırlar:

    142-1.7.1. öz müraciətləri əsasında;

    142-1.7.2. vəfat etdikdə və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

    142-1.7.3. bu Məcəllənin 142-1.5-ci maddəsinə uyğun olaraq bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etdikdə, bir il müddətinə;

    142-1.7.4. bu Məcəllənin 142.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən himayədar valideyn olmaqla bağlı məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən keçmədikdə;

    142-1.7.5. bu Məcəllənin 120.1.6-cı maddəsində qeyd edilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;

    142-1.7.6. bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;

    142-1.7.7. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;

    142-1.7.8. bu Məcəllənin 144.2-ci maddəsinə uyğun olaraq ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduqda;

    142-1.7.9. bu Məcəllənin 144.3-cü maddəsinə uyğun olaraq yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olduqda;

    142-1.7.10. himayədar ailəyə verilmiş uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldildikdə;

    142-1.7.11. bu Məcəllənin 143.2.1–143.2.3-cü maddələrində qeyd olunan hallarda uşağın himayədar ailəyə verilməsinə dair müqavilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birtərəfli qaydada ləğv edildikdə.

    142-1.8. Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) notarial qaydada təsdiq edilmiş ərizəsi bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edildiyi andan himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) uçota alınır. Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizəsinin forması və həmin ərizədə əks olunmalı olan məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

    142-1.9. Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) həmin məlumatları yeniləməklə, yeni ərizə ilə bu Məcəllənin 142-1.8-ci maddəsinə uyğun olaraq yenidən müraciət etməlidir.

    142-1.10. Bu Məcəllənin 142-1.7.4-cü maddəsinə əsasən uçotdan çıxarılmış şəxslər azı 1 il keçdikdən sonra himayədar ailə olmaq üçün təkrar müraciət edə bilərlər”.

    Yeni qanuna görə, 143-cü maddə aşağıdakı redaksiyada verilib:

    “Maddə 143. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin ləğv edilməsi

    143.1. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar valideynlərin uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin ləğv edilməsi barədə müraciəti (xəstəlik və ailə vəziyyətinin dəyişməsi, himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və aliment, kredit və digər maliyyə öhdəliklərində əhəmiyyətli dəyişikliklər baş verdikdə, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında münaqişəli vəziyyət olması səbəblərinə görə), həmin müqavilənin müddətinin başa çatması, himayədar valideynlərin və ya himayədar ailəyə verilmiş uşağın vəfat etməsi, o cümlədən bu Məcəllənin 143.2-ci maddəsində qeyd olunan hallarda ləğv edilir.

    143.2. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birtərəfli qaydada ləğv edilir:

    143.2.1. himayədar valideynlər onlara həvalə edilmiş himayədar valideyn vəzifələrini yerinə yetirmədikdə;

    143.2.2. himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə, habelə uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verdikdə;

    143.2.3. himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər alkoqolik və ya narkoman olduqda;

    143.2.4. bu Məcəllənin 142-1.7.3-cü, 142-1.7.5–142-1.7.10-cu maddələrinə uyğun olaraq, himayədar valideynlərin uçotdan çıxarılması üçün əsaslar olduqda;

    143.2.5. himayədar ailəyə verilmiş 10 yaşına çatmış uşağın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciəti əsasında;

    143.2.6. himayədə olan uşağın öz ailəsinə qaytarılması, qəyyumluğa (himayəyə) verilməsi və ya övladlığa götürülməsi ilə bağlı əsaslar yarandıqda.

    143.3. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə müddətinin başa çatması, himayədar valideynlərin təşəbbüsü və ya bu Məcəllənin 143.2.6-cı maddəsinə uyğun olaraq ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 3 (üç) iş günü müddətində uşağın himayədar ailədən alınıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görür.

    143.4. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bu Məcəllənin 143.1-ci maddəsinə uyğun olaraq himayədar valideynin vəfat etməsi və ya bu Məcəllənin 143.2.1–143.2.5-ci maddələrinə uyğun olaraq ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağın himayədar ailədən alınıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görür”.

    Bundan başqa, aşağıdakı məzmunda 143-1-ci və 143-2-ci maddələr əlavə edilib:

    “Maddə 143-1. Uşaq himayədar ailəyə verildikdən sonra monitorinq

    143-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə ayda bir dəfədən az olmamaq şərtilə himayədar ailəyə verilmiş uşaqların vəziyyətinin və himayədar ailə tərəfindən müqavilə şərtlərinə əməl edilməsinin monitorinqini aparır.

    143-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) monitorinqləri planlı (qabaqcadan xəbərdar etməklə) və ya plandankənar (qabaqcadan xəbərdar etmədən) həyata keçirir.

    143-1.3. Monitorinqlər zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, himayədar ailəyə verilmiş uşağın və himayədar valideynlərin sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.

    143-1.4. Monitorinqlər zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 143.2.1–143.2.3-cü maddələrində qeyd edilən əsaslardan birini aşkar etdikdə, dərhal uşağın himayədar ailəyə verilməsinə dair müqaviləni birtərəfli qaydada ləğv edir.

    Maddə 143-2. Himayədar ailəyə verilmiş uşağın inkişafı

    143-2.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilmiş uşağın maraqları əsasında onun əqli, fiziki, emosional, psixoloji inkişafını təmin etmək, onun bioloji valideynlərinə (bioloji valideynləri olmadıqda isə qohumlarına) qaytarılması imkanlarını qiymətləndirmək məqsədilə himayədar valideynlərin, mümkün olduqda uşağın bioloji valideynlərinin iştirakı ilə uşağın fərdi inkişaf planını hazırlayır.

    143-2.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planında olan tədbirlərin vaxtında və keyfiyyətlə icrası məqsədilə uşağın bioloji valideynləri (olduğu halda) və himayədar valideynlərlə mütəmadi iş aparır.

    143-2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideynlərin fikrini nəzərə almaqla uşaqla bioloji valideynlərin və ya qohumların görüşünü təşkil edir. Himayədar valideynlər belə görüşlərin keçirilməsi üçün lazımi şərait yaratmalıdırlar”.

    Dəyişikliyə əsasən, 144-cü maddə aşağıdakı redaksiyada verilib:

    “Maddə 144. Himayədar valideynlər

    144.1. Bu Məcəllənin 120.1.1–120.1.7-ci maddələrində qeyd edilənlər istisna olmaqla, bu Məcəllənin 120.2-ci, 120.3-cü, 121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları himayədar valideyn ola bilərlər.

    144.2. Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər himayədar valideyn ola bilməzlər (uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla). Himayədar ailəyə veriləcək uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldilmiş şəxslər himayədar valideyn ola bilməzlər.

    144.3. Yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır.

    144.4. Uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri himayədar valideyn ola bilməzlər.

    144.5. Bir ünvanda iki və daha çox himayədar ailənin (valideynin) yerləşməsinə yol verilmir.

    144.6. Bu Məcəllənin 120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd olunan tələblər eyni zamanda himayədar valideynlərlə birlikdə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir”.

    Bununla yanaşı, aşağıdakı məzmunda 145.8–145.10-cu, 145-1-ci və 145-2-ci maddələr əlavə edilib:

    “145.8. Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz.

    145.9. Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla).

    145.10. Himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır;

    Maddə 145-1. Himayədar valideynlərin hüquq və vəzifələri

    145-1.1. Himayədar valideynin (valideynlərin) aşağıdakı hüquqları vardır:

    145-1.1.1. uşağın saxlanılmasına görə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən aylıq və birdəfəlik müavinəti almaq;

    145-1.1.2. uşağın mənafeyinə zidd olan hallar istisna olmaqla, uşaq haqqında tam və dolğun məlumat almaq;

    145-1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tövsiyələrini və uşağın fikrini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək;

    145-1.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) müqavilə üzrə öhdəliklərinin tam və vaxtında icrasını tələb etmək;

    145-1.1.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini seçmək.

    145-1.2. Himayədar valideynin (valideynlərin) aşağıdakı vəzifələri vardır:

    145-1.2.1. mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək;

    145-1.2.2. uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək;

    145-1.2.3. uşağın himayədar ailədə qaldığı müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək;

    145-1.2.4. uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığını almaq;

    145-1.2.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq;

    145-1.2.6. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;

    145-1.2.7. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmədikdə müavinətin məbləğini geri qaytarmaq.

    Maddə 145-2. Uşağın himayədar ailəyə verilməsinə uşaqların, valideynlərin, uşağın yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı

    145-2.1. 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə, onun razılıq verməsi zəruridir.

    145-2.2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın himayədar ailəyə verilməsi zamanı onun valideynlərinin (olduğu halda) və yerləşdiyi müəssisənin razılığı tələb olunmur”.

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə yeni Fərman imzalayıb. 


    Oxunub: 99
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      21-10-2025
      13:15 | ADAU TV-nin müasir internet televiziyasının studiyası istifadəyə verilib
      13:10 | Görmə qabiliyyətini bərpa edən implant ixtira edildi
      13:05 | Prezidentlərə “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - FOTO
      13:00 | RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ DANIŞDI: "Faktları dəqiqləşdirin..." - VİDEO
      12:55 | Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
      12:50 | Budapeştdə Tramp-Putin görüşü baş tutmaya bilər - Lavrov və Rubio nəyi razılaşdıra bilməyiblər?
      12:45 | “1 milyon avro yox, çoxlu qızıl-zinət əşyaları oğurlanıb..”- AMEA prezidenti danışdı
      12:40 | "Qarabağ" bu dəfə İspaniya nəhənginə qarşı -  Ağdam təmsilçisinin şansı nə qədərdir?
      12:30 | “SON DƏRƏCƏ QƏDDAR OLMAQ LAZIMDIR”- “Mehdiyev kimi qorxaq bir adam cəsarətə gələ bilibsə...”
      12:25 | Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb
      01:00 | Aşıq Şəmşirin nəvəsini TONQALDA DİRİ-DİRİ YANDIRIBLAR -  MƏHKƏMƏ
      00:55 | "Azərbaycana qayıtmaq niyyətim yoxdur"-  Rəsul Quliyev
      00:50 | Bölgələrdə ətin qiyməti niyə ucuzlaşır? - SƏBƏB
      00:45 | "Qarabağ" futbolçularına İLLİK NEÇƏ MİLYON AYIRIR? -  Məbləğ AÇIQLANDI
      00:40 | Gəncədə üç tibb müəssisəsi ləğv edildi - İşçilərin aqibəti necə olacaq? RƏSMİ CAVAB
      00:35 | Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olunub - FOTO
      00:30 | Deputat Səyyad Əliyev ölkədən qaçır? - Mənimsəmə faktları araşdırılır
      00:25 | Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi
      00:20 | Putin Mehdiyev və Sərkisyanla EYNİ MASA ƏTRAFINDA -  Niyə görüşmüşdülər? /FOTO
      00:15 | Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
      00:10 | "Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır"-  Fərhad Məmmədov
      00:05 | Ermənistanda etirazlar - Gürcüstanla sərhədi bağladılar
      00:00 | Azərbaycan dünyada “tıxac liderləri”ndən biridir -  Beynəlxalq statistika açıqlandı
      20-10-2025
      20:15 | Ukrayna Azərbaycanla razılığa gəlib -  ZELENSKİ
      20:05 | “Putin bunun üçün daha 5 il döyüşməlidir”- “Ukrayna cəbhəsi yox, Rusiya iqtisadiyyatı çökəcək”
      20:00 | Heyvan bazarları bu tarixdən müvəqqəti bağlanır -  AQTA-dan AÇIQLAMA
      19:55 | Ramiz Mehdiyev NƏ QƏDƏR PENSİYA ALIR?- “Gözqamaşdıran MƏBLƏĞ”
      19:50 | "İsrail Qəzzaya 153 ton bomba atıb" -  Netanyahyu
      19:45 | İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur?- TƏFƏRRÜAT
      19:40 | ABŞ-də hərbi nümayişdə faciə - Vitse-prezident və müdafiə naziri ölümdən döndü
      19:37 | Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda - FOTOLAR
      16:05 | Rus ideoloq MEHDİYEVİN HƏBSİNDƏN YAZDI: “BOZ KARDİNALIN SÜQUTU...”
      16:00 | Xərçəng xəstələrini ÖLDÜRƏN metastaz DEYİLMİŞ - “Nature Medicine” /Araşdırma
      15:45 | AZAL Sankt-Peterburqa təcili eniş edən təyyarə barədə məlumat yaydı
      15:00 | Rusiyada azərbaycanlı İŞ ADAMI SAXTA İTTİHAMLA HƏBS OLUNUB - Prokuror Karapetyanın QİSASI /FOTOLAR
      14:45 | Bu müəllimlərə maaşdan əlavə pul veriləcək -  ADLAR
      14:40 | "Prokurorluqdan BİZƏ BELƏ BİR MƏLUMAT VERİLMƏYİB”- Eldar Mahmudovun vəkili
      14:30 | Trampdan etirazlara ironik cavab: Kral deyiləm, amma çox iş görürəm
      14:25 | Ərdoğan Küveyt, Qətər və Omana səfər edəcək
      14:21 | İran uran ehtiyatlarını bu obyektlərdə saxlayır - Qrossi
      14:20 | HƏMAS tərksilah edilməlidir: ABŞ-ın yeni Yaxın Şərq planı
      14:15 | Yeni şəxsiyyət vəsiqələri artıq verilir: forması belədir - FOTO
      14:00 | Sabahın havası: Leysan və sulu qar yağacaq
      13:55 | Mehdiyevin bir nömrəli adamı iddialara cavab verdi: "...Mənə görə narahat olmayın”
      13:45 | "İsrailə qarşı sanksiyalar nəzərdən keçirilə bilər"- "Bu məsələ masanın üzərindədir”- Kallas
      13:35 | Prezident onları təltif etdi -  ADLAR
      13:30 | İRAN REJİMİNİN “ƏXLAQ ÇÖKÜŞÜ”- Şəmxaninin qızının toyu gündəm oldu /VİDEO
      13:15 | “Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq" -  Zelenski
      13:00 | Keçmiş nazir Mehdiyevin "komandası" haqqında danışdı -  "Xarici qüvvələr istifadə edə bilər..."
      12:45 | Trampa qarşı növbəti sui-qəsd cəhdi -  Snayper qülləsi aşkar edildi
      12:30 | Mehdiyevin kürəkəni “obyektlərindən” pulları ÖZÜ TOPLAYIR -  Fotosu YAYILDI
      12:20 | TRAMP ZELENSKİ İLƏ GÖRÜŞDƏ ÖZÜNDƏN ÇIXIB...- "Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib"
      12:15 | Ötən ay xaricdə təhsil almış 108 nəfərin DİPLOMU TANINMAYIB
      12:10 | Generaldan sonra polkovnik də azadlığa çıxdı -  Ağır cinayətlərdə təqsirli bilinmişdi /FOTO
      12:05 | "Atletik" səfərində "Qarabağ"-ın bu oyunçusu olmayacaq
      12:00 | İsrail yenə atəşkəsi pozdu: Qəzzanı bombaladı –  Ölənlər arasında uşaqlar da var
      00:15 | "Federasiyaya geri dönüş qəbul edilə bilməz"- "SKTR Türkiyəyə birləşməyə qərar verməlidir"
      00:10 | “Zelenskiyə görə ölkəmi təhlükəyə ata bilmərəm”- Tramp
      00:05 | Xaçmaz sakini güllələnib - şübhəli şəxs polisə təslim olub
      00:02 | "ŞKTR-in suverenlik hüququnu müdafiəyə davam edəcəyik"-  Ərdoğan Erhürmanı təbrik edib
      00:00 | "SÜBUT EDƏ BİLSƏLƏR, HƏBS ETSİNLƏR..."- Məmmədyarov meydan oxuyur?
      19-10-2025
      22:45 | Şimali Kiprdə seçki: Yeni Prezident Tufan Erhürman oldu /VİDEO/Yenilənib
      22:40 | “Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst buraxılıb və Rusiyaya yola salınıb
      20:30 | Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranda yenidən GÜNDƏM OLDU - VİDEO
      20:15 | “Sədərək Yusif”, Ramiz Mehdiyev və Əli Həsənov arasında milyonluq “kassa” əlaqəsi - Eynulla Fətullayev yazır
      20:10 | "Hazırda böyük bir kluba keçmək fikrim yoxdur"- Qurban Qurbanov "Haber Global"a danışıb /VİDEO
      20:05 | TÜRKİYƏDƏ BÖYÜK ƏMƏLİYYAT - 32 əyalətdə 62 nəfər saxlanıldı
      20:00 | Tbilisidəki etiraz aksiyaları ilə əlaqədar 14 nəfər saxlanılıb
      19:55 | İsrail Qəzzanın mərkəzinə güclü zərbələr endirib
      17:07 | Fransanın keçmiş prezidenti cəzasını təcridxanada - təkadamlıq kamerada çəkəcək
      17:00 | Messinin gələcək karyerası hansı klubda davam edəcək?- İnsayderdən AÇIQLAMA
      16:30 | RAMİZ MEHDİYEV - NANKORLUQ VƏ XƏYANƏT ANATOMİYASI -  Onun planında kimlər olub? /ŞOK ADLAR
      16:25 | Suriyada böyük təhlükə: "İsrail bundan əl çəkməlidir..."- Hakan Fidan
      16:15 | “Məkkə və Kərbəlanı ziyarət edib, min oyundan çıxanlar var”- İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA
      16:10 | Ramiz Mehdiyev İŞƏ GETMƏDƏN bu qədər maaş alır - MƏBLƏĞ AÇIQLANDI
      16:00 | “Ukraynalıları aldatdılar”- Briytaniyadan gözlənilməz etiraf
      15:45 | Ziya Məmmədovun ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULDU
      15:38 | Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq
      15:35 | Ramiz Mehdiyev işində adı çəkilən deputatlardan SƏRT REAKSİYA
      15:30 | Almaniya Gürcüstandakı səfirini geri çağırdı
      15:25 | Luvrdan Napoleon və imperatriçanın zinət əşyaları oğurlanıb
      15:17 | SABİQ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİNİN DƏ HƏBSİ GÜNDƏMDƏ -  İspaniya mediasından ŞOK YAZI
      15:00 | Qan analizi ilə 50 növ xərçəng aşkarlanacaq - Bu, xəstəliyi erkən mərhələdə...
      14:45 | Dünya bazarında kəskin dalğalanma: Neft ucuzlaşır - AZƏRBAYCANI NƏ GÖZLƏYİR?
      14:40 | "ABŞ suverenliyimizi pozub"- Kolumbiya Prezidenti
      14:35 | Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
      14:30 | Tikinti materiallarının GÖRÜNMƏYƏN VƏ BİLİNMƏYƏN ZƏRƏRLƏRİ -  EVİMİZDƏKİ TƏHLÜKƏ /Araşdırma
      14:20 | Nəyə görə payızda çox araq içmək olmaz?- Svetlana Burnatskaya
      14:15 | Rusiyanın yay hücumu FƏLAKƏTLƏ BAŞA ÇATIB - 100 min əsgər və zabit İTİRİLDİ
      14:00 | Pakistan və Əfqanıstan Dohada razılığa gəldi - Atəşkəs barədə sənəd imzalandı 
      13:55 | Putin müharibəni dayandırmaq üçün şərtini açıqladı
      13:50 | İnsan ömrü həqiqətən 150 ilə çata bilərmi? - ARAŞDIRMA
      13:45 | ChatGPT-yə verilməsi qadağan edilən 8 sual - SİYAHI
      13:35 | Fəzail AĞAmalının Mehdiyevə MƏKTUBU ÜZƏ ÇIXDI: “Şərəfli işinizdə…”- FOTO
      13:31 | ABŞ-də Trampa qarşı aksiyalarda milyonlarla insan iştirak edib
      13:30 | Pakistan kosmosa ilk hiperspektral peykini buraxıb
      13:25 | Mehdiyevin ailəsinin ölkədən çıxışına niyə “STOP" QOYULDU? -  Səbəbi AÇIQLANDI
      13:21 | Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək - Hava proqnozu
      13:20 | Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
      13:15 | Rektora 60 min manat atdılar -  Professoru aldadanlar kimlərdir?  
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.