ABŞ-də Trampa qarşı aksiyalarda milyonlarla insan iştirak edib
Şənbə günü ABŞ-də "Krallara yox" ("No Kings"- red) tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarında azı 7 milyon insan iştirak edib.
Report-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı etiraz aksiyasının təşkilatçıları xəbər verib.
"Bu gün ABŞ tarixinin ən böyük nümayişlərindən birinə 7 milyona yaxın amerikalı toplaşdı. Bu, iyun ayı ilə müqayisədə 2 milyon nəfər çoxdur. 2 700-dən çox şəhərdə insanlar avtoritarizmə qarşı dinc müqavimətdə birləşmək və bu ölkənin krallara deyil, öz xalqına aid olduğunu bəyan etmək üçün "Krallara yox" etirazları üçün küçələrə çıxdı", - açıqlamada bildirilir.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: