Babək rayon sakini dəm qazından zəhərlənib
Naxçıvan Muxtar Respublikasının (NMR) Babək rayonunun Didivar kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Eldar Məhəmməd oğlu Mustafayev yaşadığı evin hamamında dəm qazının sızması nəticəsində zəhərlənib. O, NMR Xəstəxanasına yerləşdirilib. Faktla bağla araşdırma aparılır.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: