Ağstafada avtomobil qadını vuraraq öldürüb
Ağstafa şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1949-cu il təvəllüdlü Raya Abdullayevanı avtomobil vurub. Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: