Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Həmyerlimiz Rusiyada vitse-spiker seçildi
  • Azərbaycanlı və gürcülər arasında kütləvi dava - Yaralananlar var
  • Azərbaycanda QEYRİ-ADİ OLAY: Evlərə girib adamları dəmirlə döyürlər - Yaralılar var
  • Kənddə koronadram: 19 və 24 yaşlı iki qardaş bir sutka fərqi ilə öldü - Dəfn günü nənə də öldü, ata reanimasiyadadır
  • Paşinyandan son açıqlama: “Bir nömrəli vəzifə əhalini hücumdan qorumaqdır”
  • Mirzə Cəlil kimdən təsirlənmişdi? - FAKTLAR

    • Tarix: 11-12-2023, 17:08

    ... İsa ibn Hişam və Əbu-Fəth -əl İsgəndəri növbəti kənddə fırıldaq işlətmişdilər. Mosul vilayətinin kəndlərin birində yerli, xurafatçı əhalini öz bəlağəti ilə aldatmış, onları ölü diriltmək elmindən xəbərdar olduğuna inandırmışdı. Bu inandırmanın sayəsində də kənd əhlindən bakirə qızlarla evlənmə imkanı və quldurların onlardan qarət etdiklərindən xeyli çox var-yatır əldə etmişdilər, sonra da əhalini səcdədə buraxıb xəlvətcə minəklərinin tərkinə yük olub aradan çıxmışdılar...

    Bu, orta əsrlərdə yaşamış ən böyük yazıçılardan olan həmyerlimiz( soydaşımız olub-olması mübahisəli sayıldığından azərbaycanlı olduğunu yazmıram-C.H.) Bədi-üz-Zəman Həmədaninin "Mosuliyyə"məqaməsinin qısa məzmunudur. Nədənsə ədəbi ictimaiyyətimiz arasında çox da tanınmayan nasirin özü də, ədəbiyyata özünün gətirdiyi janr da(məqamə) indi Azərbaycanda yalnız beş -üç nəfər mütəxəssis səviyyəsində xatırlanır. Amma nahaq, hərdən yaddaşları oyatmağa ehtiyac var.

    Yəqin məqamənin məzmunu sizin də diqqətinizi çəkdi. Yanılmırsınız. Bu süjet digər böyük ədibimiz Cəlil Məmmədquluzadənin ölümsüz "Ölülər"inin süjetini andırır.

    Oxşarlıq yalnız süjetlərin yaxınlığında deyil. Məqamə rus dilli mənbələrdə "plutovskaya novella"(lotu-oğru novellası) kimi izah edilir. İlkin yarandığı zamanlar məqamə personajı(Həmədanidə İsa ibn Hişam, Əbu Məhəmməd Həriridə isə Əbu Zeyd əs-Səruci) tədricən süquta gedən İslam imperiyasının-xilafətin müxtəlif guşələrinə səfər edir, ağlasığmaz situasiyalardan məharətlə çıxırdı.

    Xilafət dağıldıqdan sonra isə bu missiyanı digər janrın -nadirə(lətifə) janrının Cuha adlı personajı yerinə yetirdi. Məqamədən fərqli olaraq nadirə 19-cu əsrin sonları-20-ci əsrin əvvəllərinədək azərbaycandilli ədəbiyyatda hələ də mövcud idi. Janrın müəllifləri sırasında Şükuhi və Seyid Əzim Şirvaninin də adı var.Beləcə, o janrlar sadəcə ədəbi hadisə deyil, həm də cidi sosial, az qala geosiyasi fenomen idi. Süqut etməkdə olan və ya etmiş müsəlman superetnosunun ayrı-ayrı icmalarının tədricən yadlaşmasının doğurduğu faciə, müştərək sosial-siyasi-mədəni dəyərlərin dağılmasının ağrı-acısı yumositik, bəzən də satirik bir dillə qələmə alınır.

    Əslində 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindəki azərbaycandilli yeni dramaturgiya üçün də bu yanaşma yad deyil. Öz faciəsini "Müsibəti-müsəlmənan"(Nəcəf bəy Vəzirzadə- "Müsibəti-Fəxrəddin") kimi qavrayan Fəxrəddindən fərqli olaraq "Ölülər"in Kefli İsgəndərin dövrə yanaşması sarkastikdir.

    Həmədaninin məqaməsi və Mirzə Cəlilin dramı arasında başqa paralellər də var. Məqamənin kələkbaz -lotu personajı xilafəti gəzib dolaşdığı sayaq, "Ölülər"in lotu pesonajı( "İsfəhan lotusu") da Qacar imperiyasının keçmiş ərazilərində-hələ mədəni dəyərlərin, elə avamlığın da müştərək olduğu sosiomədəni arealda at oynadır. Dramın sonunda hadisələrin cərəyan etdiyi şəhərin əhalisinə müxtəlif yerlərdən ünvanlanmış məktublar da XURAFAT-ın ortaq dəyərə çevrildiyini təsdiqləyir.

    "Ölüllər"i İran və Qafqaz coğrafiyasına bağlayan maraqlı elementlər də tapmaq olar. Məsələn, Avropa tipli dramaturgiyamıza qədərki teatr oyunlarında lotu və bambılı personajları da var. Bu personajlar "Ölülərdə" də var : Lotu(İsfəhan lotusu -Şeyx Nəsrullah ) və onun köməkçisi, Bambılı(Bambılı Əhməd -Şeyx Əhməd). Mirzə Cəlilin ilk qələm təcrübələrindən olan "Kişmiş oyunu" da xalq teatr oyunları-qaravəlli janrında yazılmışdı.Yəni, Şərq klassik ənənələrindən və xalq teatrı ümsürlərindən istifadə Mirzə Cəlil üçün yeni deyildi.

    Üstəlik, Həmədaninin məqamələri Mirzə Cəlilin gözəl bildiyi fars dilinə elə yazıldığı əsrdə tərcümə edilmişdi(Bəzi iddialara görə, Həmədanin özü tərəfindən). Mirzə Cəlilin farsdilli ədəbiyatla aşinalığının kifayət qədər yüksək səviyyədə olduğunu "Ölülər" əsərinin ilk səhnəsində Sədinin "Gülüstan" poemasından oxunan misralar da təsdiq edir. Həm də misrlar təsadüfi olub, sadəcə"Gülüstan" və "Bustan"ın mollaxanalarda məcburi predmetə çevrilməsini ifşa etmək naminə seçilməmişdi. O misrlarda ölənlərin bir də geri qayıtmayacağından bəhs edilir və beləliklə, olduqca sərrast seçilmiş misraların "Ölülər"in mövhumatçı personajlarının düşüncəsinə təzadlı olması qabardılır. Zeynəlabdin Marağayinin farsca yazılmış "Səyahətnaməsi" də "Molla Nəsrəddin" də ən çox iqtibas edilən əsərlərdən idi.

    Mirzə Cəlilin yaşadığı zamanlar Azərbaycanın, Şərqi Anadolunun və İranın iri yaşayış məntəqələrində uzun qış gecələri ya xüsusi ilə bu məqsədlər dəvət edilmiş aşıqlar dastan danışmaqla əhalini məşğul edərdi, ya da "şahnaməçi" adlandırılan xüsusi adamlar Şərq ədəbiyyatından poemalar və kiçik əsərlər oxumaqla . Belə qış gecələrini təsvirinə Mirzə Cəlildə də, hətta Orxan Pamukun "Qar" romanında da rast gəlmək olar. Demək, farscanı bilməsəydi belə, Mirzə Cəlil ən azı nadirə müəlliflərinin yaradıcılığı və qış gecələrindəki Şərq ədbiyyatı qiraətçiləri vasitəsilə bu süjetlərlə tanış ola bilərdi.

    Bütün bunları xatırlatmaqda məsədim Mirzə Cəlilin "Ölülər" əsərinin guya fransız dillli yazıçı Moris Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" pyesindən plagiat olması haqda Həmid Herisçi tərəfindən başladılmış mübahisələrə aydınlıq gətirməkdir. Göründüyü kimi, Mirzə Cəlilin " Ölülər"i yazmaq üçün istinad edəcəyi başqa mənbələr- klasssik Şərq ədəbiyyatı və xalq teatrı da var idi. Süjet Həmədaninin süjetinə daha yaxındır, nəinki Meterlinkin. Amma Həmədani və Meterlinkin hədəfləri bambaşqadır. Meterlink İsa və həvarilərinin; 19-cu əsrdən sonra isə yeni totalitar xristian cərəyanların yalançı peyəğmbərlərinin ölü diriltmə qabiliyyəti olması haqda doqmatik inanca gülürsə, Həmədani və Mirzə Cəlil İslama yad olan bu inancın xurafat şəklində müsəlmanlar arasında yayılmasını ələ salırlar. Həmədani bu xurafatdan bir kələkbazın istifadə etməsindən bəhs edirsə, Mirzə Cəlil bu lotunun sadəcə lotu deyil, həm də psixi xəstə-pedofl, onun iddiasını qəbul edənləri isə fərdiyyətini itirib psixoza düşmüş KÜTLƏ kimi təsvir edir. Mövzuya uşaq hüquqları, qadın hüqusuzluğu , təhsilin insan hədəfli olmaması kimi öz zəmanəsinin ən aktual problemlərini də əlavə edir.

    Əslində Həmid Herisçiyə minnətdar olmalıyıq. Bu müzakirələri başlatmaqla Mirzə Cəlilin bütün yaradıcılığı boyu Qoqolun təsirində olması haqda yayğın təsəvvürləri( o cümlədən vaxtilə Həmidin özü tətəfindən gücləndirilən təsəvvvürləri) alt-üst etdi. Demə, ciddi Qərb təsiri də varmış. Mən Mirzə Cəlilin Şərq və xalq ədəbiyyatına müraciətlərinə toxunmaqla yeni mübahisələr açmaq niyyəti güdmürəm. Əksinə həm öz müasirlərindən, həm də bizim müasirlərimizdən fərqli olaraq nə qədər əhatəli ədəbi mütaliə və intellektə sahib olduğuna diqqət yönəltmək istəyirəm.

    Mövzunu uzatmadan yekunlaşıram: bir yazıçının həm Şərq, həm xalq, həm Qərb və həm də rus ədəbiyyatını gözəl bilib, öz yaradıcılığında hər dörd mənbədəki ən yaxşı ənənələri üzvi şəkildə birləşdirilə bilməsi ən azı böyük məharətdir. Bu baxımdan o öz ardıcılarından da, lehinə və əleyhinə olanlardan da çox-çox ucada dayanır.Hələ ki fəth edilməyən ucalıqda.

    P.S. Məqamə janrı haqda ətraflı məlumat almaq üçün bu kitabla tanış olmanızı tövsiyə edirəm: Касумова Аида Шахлар гызы "АРАБСКАЯ СРЕДНЕВЕКОВАЯ ПЛУТОВСКАЯ НОВЕЛЛА " (БАКУ - 2006)

    P.S. S. Bu məqalə 2013 cü il aprelin 21-də Publika.az-da dərc edilib. Yazılanların ədəbi tapıntı və ya elmi kəşf olduğunu sanmıram. Bu sahədə hər hansı bir iddiam olmayıb və indi də yoxdur. Lakin məqalə dərc olunan vaxtadək klassik ərəbdilli ədəbiyyatın Mirzə Cəlil yaradıcılığına , o cümlədən "Olülər" əsərinin ortaya çıxmasına təsiri haqda Azərbaycanda, təəssüf ki, araşdırma aparılmamışdı. Əminəm ki, sonradan bu istiqamətdə daha ciddi, əsaslandırılmış, sanballı iş ərsəyə gətirənlər olub və olmalıdır da. Amma adətən, belə halda ilk müəllif qeyd edilir. Sayğılarla...

    Publika.az


    Oxunub: 102
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.