Paşinyandan son açıqlama:
“Bir nömrəli vəzifə əhalini hücumdan qorumaqdır”
“Bir nömrəli vəzifə əhalini hücumdan qorumaqdır”․
Ermənistan baş naziri Nikol Paşinyan bir qədər əvvəl sosial şəbəkə hesabında bu barədə açıqlama yerlışdirib.
“Əl-Jəzirə” televiziyasına müsahibəsindən bir hissəni paylaşan Paşinyan “Xarici təcavüz halında, bir nömrəli vəzifə əhalini hücumdan qorumaqdır. Yalnız bundan sonra danışıqlardan danışmaq mümkün olacaq” – deyə bildirib.
Ermənistandakı Paşinyan əleyhdarları baş nazirin bu bəyanatını yaxın günlərdə onu gözləyən böyük uğursuzluğu indidən “əhalini hücumdan qorumaq” adı ilə sığortalamaq istəyi ilə əlaqələndirirlər.
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: