"Xankəndidə İlham Əliyevin qarşısında futbol oyununda çıxış etmək çox gözəl hissdir"
Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında futbol oyununda çıxış etmək çox gözəl hissdir. Globall.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə deyib "Oyuna gəldikdə isə çətin keçdiyini deyə bilərəm. Qələbə qazandığımız üçün xoşbəxtik", - deyə o əlavə edib. Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.Günün ilk matçı Xankəndidə olub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayıb. Oyun "Qarabağ"ın qələbəsi ilə 1-0 başa çatıb.
Oxunub: 64
Xəbəri paylaş
Paylaş: