“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində
(YENİLƏNDİ)
Matç bitdi. “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazandı.
xxx
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab bərabərləşib.
Ovusu Kvabena 97-ci dəqiqədə tarazlığı bərpa edib - 2:2.
xxx
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab dəyişib.
Matçın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə İvan Santini 2-ci topu qonaqların qapısından keçirib - 2:1.
xxx
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.
Globall.az xəbər verir ki, "köhlən atlar"dan Kadi Borges 55-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.
xxx
İsveçrədə "Sürix" və "Qarabağ" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
"Köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.
Matçın ilk hissəsində əlavə qol vurulmayıb.
xxx
İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
"Letsiqrund" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.