“Beşiktaş” Rıza Çalımbayla yollarını ayırıb
“Beşiktaş” baş məşqçisi Rıza Çalımbayla vidalaşıb. İdman.biz xəbər verir ki, istanbullularının təcrübəli mütəxəssislə yollarını ayırmasına Türkiyə Super Liqasının 17-ci turunda evdə “Alanyaspor”a 1:3 hesabı ilə məğlubiyyəti sonra olub. Matçdan sonra keçirilən İdarə Heyətinin iclasında Çalımbayla yeni müqavəilə imzalanmamasına qərar verilib. O, noyabrın 10-da O, komandanın “sükanı arxasına” keçib və “Beşiktaş”ı 7 oyuna çıxarıb. “Ağ-qaralar” bu matçlarda 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar. Qeyd edək ki, “Beşiktaş” 16 oyundan sonra 26 xalla beşincidir.
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: