"Beşiktaş" 16-cı dəfə Türkiyə çempionu oldu -
VİDEO
Türkiyə Superliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Globall.az xəbər verir ki, bu, "Beşiktaş" olub. Komanda sonuncu turda "Göztəpə" ilə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
"Qalatasaray" öz meydanında "Kayserispor"u məğlub etsə də, vurulan qolların sayına görə çempionatı 2-ci pillədə başa vurub.
Beləliklə, "Beşiktaş" 16-cı dəfə ölkə çempionu olub.
"Kayserispor" - "Fənərbağça" - 1:2
Qollar: Enriki, 18 - Valensiya, 90, pen, S.Aziz, 90+8
"Qalatasaray" - "Yeni Malatyaspor" - 3:1
Qollar: Dərvişoğlu, 53, Babel, 60, Çağlayan, 90+3 - Buyuk, 39
"Göztepe" - "Beşiktaş" - 1:2
Qollar: Öztürk, 24 - Vida, 10, Qezzal, 69
"Beşiktaş"ın qələbəsindən sonra mətbuat konfransında olan baş məşqçi Sergen Yalçın futbolçuların müdaxiləsindən sonra konfransı dayandıraraq qutlamalara qatılmalı olub. Görüntüləri təqdim edirik: