Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub - YENİLƏNİB
Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.
İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.
-------
16:59
Cəlilabadda iki nəfər kanala düşərək boğulub.
Globall.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
İki nəfərin kanala düşərək boğulduğu bildirilir.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 123
Xəbəri paylaş
Paylaş: