Bakıda çoxmərtəbəli binada yanğın
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Globall.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd televizor, 1 ədəd kondisioner, 1 ədəd divan və divar kağızı 6 m² sahədə yanıb. Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: