Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın SÖNDÜRÜLDÜ
(YENİLƏNDİ)
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb. Bu barədə Globall.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. xxx Xırdalanda çoxmərtəbəli yaşayış binası yanır. Bu barədə Globall.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əlavə məlumat veriləcək.