İsveç yığmasını Bakıya gətirəcək baş məşqçi bəlli olub
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi İsveç yığmasının yeni baş məşqçisinin adı bəlli olub.
Globall.az İdman.biz-ə istinadən xəbər verir ki, rəqib komandaya Yan Dal Tomasson rəhbərlik edəcək.
Danimarkalı mütəxəssislə müqavilə martın 1-dək qüvvəyə minəcək. Tomassonla razılaşma DÇ-2026-nın seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulub. O, bir neçə həftə əvvəl “Blekbern”in baş məşqçi vəzifəsindən istefa verib.
Dal Tomassonun rəhbərliyi ilə isveçlilərin ilk rəsmi oyunu C Liqasında Azərbaycan yığmasına qarşı olacaq. İsveç komandası danimarkalı mütəxəssisin rəhbərliyi ilə sentyabrın 5-də Bakıda millimizlə qarşılaşacaq.
Qeyd edək ki, İsveç millisi yayda təşkil olunacaq Avropa çempionatına vəsiqə qazana bilməyib.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: