Ermənistan qurbana çevrilir: Gizli planın məqsədi ölkənin sonunu gətirəcək -
VİDEOMÜSAHİBƏ
Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasında təhlükəsizliklə bağlı görüşün keçirilməsi planlaşdırılır. Təbii ki, bu görüş regiona yaxşı heç nə vəd etmir. Bu format Azərbaycana qarşı yönəlib və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlarla yanaşmaya əsaslanır. Globall.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir dövrdə Ermənistanı silahlandırmaq və yeni təlimatçılar göndərmək, Aİ müşahidə missiyasının üzvlərinin sayını artırmaq və digər məsələlər göstərir ki, əslində, Qərb Ermənistanı münaqişəyə cəlb etmək istəyir. "Azərbaycandan çıxarılan silahlı erməni quldur dəstələrinin böyük əksəriyyəti Fransada hərbi təlimlərə cəlb olundular. Eyni zamanda Fransa Ermənistana zirehli maşınlar, silah-sursat verdi. Yəni Ermənistan sülhə yox, müharibəyə hazırlaşır", - deyə o, əlavə edib. Daha geniş videomüsahibəni təqdim edirik: