ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb
ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb.
Globol.az xəbər verir ki, departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb.
“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışıqlarını səmimi şəkildə alqışlayırıq”, - ABŞ Dövlət Departamentindən bildirilib.
Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: