Azərbaycanda iki dəfə evli olan kişi məktəbli qızı qaçırdı
Tərtər rayonunda məktəbli qız qaçırılıb.
Globall.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 17 yaşlı Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər rayon Polis Şöbəsinə məktəbli qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: