ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib - Tramp
ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib.
BBC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Ukraynaya milyardlarla dollar dəyərində hərbi texnika göndəriləcək və xərclər Avropanın üzərinə düşəcək.
Tramp bir daha qeyd edib ki, 2022-ci ildə prezident olsaydı, Rusiyanın Ukraynaya təcavüzü baş verməzdi. O, rusiyalı həmkarı Vladimir Putinlə də tez-tez ünsiyyətdə olduğunu və müharibənin yaxınlaşdığını qabaqcadan gördüyünü bildirib.
“Raketlər Kiyevə çatdırılana qədər bütün bunlar yalnız danışıqdır. Danışmağı bitirib əməli addıma keçmək lazımdır”, - o deyib./report
Oxunub: 29
Xəbəri paylaş
Paylaş: